Bu həftənin gülüş payı :D

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 476
Səs ver:
(səs: 0)
Dəlixanada həkim palataları gəzərkən, dəlilərdən birinin nəsə yazdığını görər və soruşur:
-Xeyirdimi? Nə yazırsan?
-Məktub yazıram...
-Nə yaxşı, bəs kimə yazırsan?
-Özümə
-Nə yazmısan bəs məktubunda?
-Ay doktor, siz dəlisiz? Məktubu hələ almamışam, hardan bilim nə yazıldığını?

:122: :122: :122:

Bala siçan anasına deyir:
-Bu dünyanın işi nə qəribədir eləmi ana?
-Niyəki bala?
-Biz pişiklərdən qorxuruq, pişiklər itlərdən, itlər insanlardan. İnsanların da kişiləri qadınlardan, qadınlar da bizdən qorxurlar.

:122: :122: :122:

-Sizdə təkərli kanki var?
-Xeyr yoxdu
-Bəs xizək?
-Ay kişi bura araq dükanıdı.
-Yaxşı onda bir butulka araq verin. Allah görür ki, idmanla məşğul olmaq istəyirdim.

:122: :122: :122:

Ərim axşam işdən gəldi. Mən qapını açdım. Əynimdə qara dəridən seksual alt paltarı, qara kapron corablar qara maska. Ərim mənə baxdı və soruşdu :
-Yemək varmı ay Betmen?

:122: :122: :122:

Dünən işdə ədalət axtarırdıq. Bu gün təzə iş axtarırıq

:122: :122: :122:

-Dünən bütün maaşımı verib özümə yeni tufli aldım.
-Vay nə bahalı ayaqqabı almısan.
-Bahalı deyile, maaşım azdı.

:122: :122: :122:

-Sən naturaca kimsən həyatda, qalib ya məğlub?
-Əzizim yaş ötdükcə anlayıram ki mən zərərçəkənəm.

:122: :122: :122:

Kişi dostuna zəng edir:
-sabah qaynanam rayondan gəlir, onu qarşılaya bilərsən? Sənə 50 manat verərəm.
-Birdən tanımadım qarşılaya bilmədim?
-Onda 100 manat verəcəm.

:122: :122: :122:

Həsrətlə baxıram dükanlardakı paltarlara...Qiymət məni qane edire, maaşım qane eləmir.

:122: :122: :122:

Sakitləşdirici çay almışam içə bilmirəm...zəhrimarın rəngi, iyi əsəblərimə toxunur.

:122: :122: :122:

Neft ucuzlaşır, benzin bahalaşır. Neft bahalaşır, benzin bahalaşır. Neft stabil qalır, benzin bahalaşır. Benzin məqsədyönlüdür, heç nəyi vecinə almır. Benzin kimi ol!

:122: :122: :122:
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri