Gülüş ZaMaNı ^_^

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 113
Səs ver:
(səs: 0)
-Ərimə nifrət edirəm!
-Niyə ki?
-Dünən dedimki mənə 50 manat ver gözəllik salonuna gedirəm.
-Vermədi həə?
-Ondan da pis, başdan ayağa məni süzdü 150 manat verdi.

:122: :122: :122:

-Salam can, neynirsən?
-Əbədi məşəlin qarşısındayam.
-Nəəəə??
-Yemək bişirirəm, qaz peçinin yanında.

:122: :122: :122:

Bir müdrikdən soruşdular.
-Həmişə ərinin harda olduğunu bilən qadını necə adlandırmaq olar?
Müdrik cavab verir:
-Dul qadın!

:122: :122: :122:

-Niyə həmişə həkim qəbulunda bir neçə saat gözləməli oluruq?
-Çünki zaman hər şeyin dərmanıdı

:122: :122: :122:

Arvad ərinə deyir:
-Mənə çoxlu pul lazımdı, manikura, pedukura, ombreyə, kosmetikaya...
Ər deyir:
-Amma mənim bəxtim gətirib, çünki anadan olandan yaraşıqlıyam.

:122: :122: :122:

Ər işdən gəlir, arvadından soruşur:
-İşlər necə gedir mənim şirinim?
-Hər şey yaxşıdı əzizim! Bax borş bişirmişəm, kotlet qızartmışam. Pəncərələr silinib, ev tozsoranlanıb, uşaqları çimdirmişəm. İndi də oturmuşam cırıq corabları tikirəm. Amma sabah da internetin pulunu ödəməsən səni boğacam!

:122: :122: :122:

-Ayy canım mənim, sözlərlə ifadə edə bilmirəm səni nə qədər sevirəmsə
-Onda pulnan ifadə elə

:122: :122: :122:

Əgər kimləsə danışıb ürəyinizi boşaltmaq istəyirsinizsə, ərinizlə danışıN. O heç kimə deməyəcək, çünki onsuzda sizi dinləmir.

:122: :122: :122:

-Səhərlər budilnik çalanda elə bilirəm məni gülləylə vururlar.
-O dəqiqə qalxırsan hə?
-Yoxe, ölü kimi uzanıram.

:122: :122: :122:

Mələk olmaq məcburiyyətində deyiləm, cənnətdə yaşamıramki.

:122: :122: :122:
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri