Yumor

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 1 610
Səs ver:
(səs: 0)
Hirsli-hirsli qolundakı saata baxan şef işçidən soruşur:
-Hər gün gecikirsiniz. Mənə səbəb deyin! Bəhanə istəmirəm.
-Yaxşı ser, bilirsiniz? Liftin yanında yazılıb ki, "ancaq 10 nəfər üçün". Hər səhər o doqquz nəfəri gözləyəndə bilirsiniz nə qədər vaxtım gedir?!

Yumor

-Mən şefin kobinetinə girdim əlimi masaya vurub dedim ki maaşımı artırsınlar...
-Sən bunu necə etdin? Bəs şef nə dedi?
-Şef bufetdə idi...



Dəniz xəstəliyinə tutulmuş biri kapitandan soruşur:
-Qarşıda nəsə görünür? O qurudur elə?
-Yox, Üfüqdür...
-Allaha şükür, heç nədənsə bu da yaxşıdır...

Müdir deyir:
-İvanov mən görürəm ki, sən hamıdan gec işə gəlir, və hamıdan tez çıxırsan...
-Axı mən həm səhər, həm də axşam gecikə bilmərəm!...-Deyə İvanov cavab verir...



Miss Simpson ərinin iş yerinə gəlir və ərinin orda olmadığını görür:
-Bilmirsiniz o haradadır? Və nə vaxt gələr?
-Yox. Bilmirəm.
-Bəs onun katibəsi bilər?
-Əlbətdə. Axı onlar birlikdə getdilər...



Bir gün 3 dost ikisi qara, biri ağ balıq tutmağa gedirlər. Bir qızıl balıq tuturlar. Balıq deyir:
-Məni buraxın üçünüzün də diləyini gerçəkləşdirim.
Qaralardan biri deyir:
-Məni ağart.
Balıq yerinə yetirir.
İkinci qara deyir:
-Məni də ağart.
Balıq edir. Sıra ağa gələndə ag deyir:
-Bunların ikisini də qaralt.



Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?...



Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:
-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saçları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…
-O mənim qızımdır.
-Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.
-Atasi yox, mən onun anasıyam...

şəxs həkimə sual verir
-xəstənin dəli olduğunu necə bilirsiz?
-vannanı su ile doldururuğ xəstəyə 1 qawşıq 1 fincan 1 də vedrə veririk və deyirikki hansi ile boşaldarsan?
-hə anladım normal şəxs vedrəni seçer
-xeyir normal şəxs vannanın tıxaciını cıxardar...



Azərbaycan dili dərsində müəllim şagirdlərdən soruşur:
- Mən gözələm deyirəmsə bu hansı zaman formasındadır? Uşaqlar xorla cavab verir: - keçmiş zaman ay müəllim!

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri