-Ata, sənə bir yaxşı, bir də pis xəbərim var. -Onda yaxşı olandan başla, bala. -Avtomobilin hava yastıqları çox yaxşı işləyir e..
:122: :122: :122:
-Salam, xəstəni görə bilərik? -Bəli, amma çox yormayın. -Ehhh, biz də futbol oynamağa çağıracaqdıq
:122: :122: :122:
Axirətdə iki qadının söhbəti: -Salam, mənim adım Sonadır. - Salam, mənimki isə Aydan. Sən necə ölmüsən? - Donaraq. - Ay, nə qədər qorxunc... - Yox, o qədər də pis deyildi. Soyuqdan titrəməyə keçəndə istiləşməyə başladım və yuxu basdı - sonda hüzur dolu bir ölüm. Yaxşı, bəs sən necə öldün? - Ağır bir infarkt keçirdim. Ərimin məni aldatdığını zənn etdim. Onu iş üstündə tutmaq üçün evə tez gəldim, lakin evdə təkbaşına televizora baxırdı. -Hə, sonra nə oldu? - Evdə başqa bir qadın olduğundan əmin idim. Bütün evi axtarmağa başladım. Hər yeri axtardım, lakin tapa bilmədim. Axtararkən həddindən artıq yorulmuşdum və infarkt keçirdib öldüm. -Ah, bir də soyuducuya baxsaydın, indi ikimiz də yaşamış olacaqdıq...
:122: :122: :122:
Bir gün dəlilərdən biri həkimin yanına qaçaraq gəlib deyir: - Həkim, tez bizim otağa gəlin. Həkim onunla gedib görür ki, dəlilərdən biri özünü ayaqlarından tavana asıb. Həkim: - Bu nədir? - deyə soruşur. Həkimi çağırmağa gedən dəli cavablandırır: -Həkim, bu zır dəli özünü işıq lampası hesab edir. Həkim hirslənməyə başlayır: -Elə şey olar, tez onu aşağı salın. Yenə eyni dəli deyir: - Həkim, o zaman da biz işıqsız qalarıq...
:122: :122: :122:
Məmməd əsgərlikdə imiş. Terrorçuların körpünün altında pusqu quracaqları xəbərini alırlar. Məmmədin bölümü də onlara qarşı əməliyyat təşkil etmək üçün körpüdə pusquya yatıb gözləyirmişlər. Bir saat keçir, gələn-gedən yoxdur. İki saat keçir, yenə yoxdur. Beş saat keçir, yenə yoxdur. Məmməd komandirin yanına gedərək deyir: -Komandirim, bəlkə gedim baxım, birdən başlarına bir iş gələr e.
:122: :122: :122:
Məmməd televizorda film izləyərkən telefon zəng çalır. Telefona cavab verən arvadı qısa danışıqdan sonra telefonu söndürüb Məmmədə səslənir: -Camalın arvadı ölüb. Səni yasa çağırır. Məmməd kədərli bir ifadəylə: -Bu səfər getmirəm. -Heç elə şey olar Məmməd? O, sənin ən yaxşı dostundur axı. Məmməd bir az düşünür və deyir: -Adam üçüncü dəfə arvadının yasına çağırır. Mən onu heç bir dəfə dəvət edə bilməmişəm. Nə üzlə yasa gedəcəyəm axı.
:122: :122: :122:
Məktəbə yeni gələn müəllim ilk dərsində şagirdlərə maraqlı bir cümləylə müraciət edir: - Özünü ağıldankəm hesab edən varsa, ayağa qalxsın! Sinifdən səs çıxmır. Nəhayət, şagirdlərdən biri ayağa qalxır. - Sən özünü ağıldankəm hesab edirsən? - müəllim soruşur. - Xeyr,- uşaq deyir. - Amma təkcə sizin ayaqüstdə durmağınıza könlüm razı olmadı