Gülüş vaxtıdır)

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 3 927
Səs ver:
(səs: 0)
Bir amerikalıdan müsahibə götürürlər: «Siz necə oldu, milyarder oldunuz?». Cavab verir: «Biz Nyu-Yorka gələndə cəmi on sentimiz vardı. Bu pula iki kilo kirli alma aldıq, onu yuyub semiçka yağı ilə yağladıq və iyirmi sentə satdıq. Sonra o pula dörd kilo alma aldıq, yuduq, semiçka yağı ilə yağladıq, qırx sentə satdıq, yenə o pula alma aldıq, yuduq, yağladıq səksən sentə satdıq...» «Bəs sonra?». «Sonra bir milyarder nənəmiz vardı, o öldü, pulunu bizə vəsiyyət elədi».

Praktikant həkim cərrahiyyə əməliyyatı aparır. Sonra professoru dəvət edirlər ki, qiymət versin. Professor baxıb deyir: «Hər şey yaxşıdı, bir balaca səhv edibsiniz» «Nə səhv?» «Kişinin xəstə ayağını yox, sağlam ayağını kəsibsiniz». 

İngilisin arvadı da olur, məşuqəsi də. Amma ingilis arvadını sevir.
Fransızın arvadı da olur, məşuqəsi də. Fransız məşuqəni sevir.
Yəhudinin arvadı da olur, məşuqəsi də. Yəhudi anasını sevir.
Rusun arvadı da olur, məşuqəsi də. Rus içməyi sevir. 

Bir bakılının öyrədilmiş bir pişiyi varmış. Bir gün ona bir yumaq atıb deyir: «Get, gətir dəə!». Pişik gedib gətirir. Sonra bir də atır: «Get gətir dəə» pişik yenə gedib gətirir. Üçüncü dəfə yenə atır: «Get gətir dəə». Pişik birdən qayıdır: «Ya ustal eee. Get özün gətir dəəə».

Deyir, bir varlı-hallı kişi axşam möhkəm içibmiş. Səhər xumar (paxmel) imiş. Deyir, musiqiçiləri çağırın, gəlib çalıb-oxusunlar, bir az aynım açılsın. Çağırırlar. Müğənni də təsəvvüf əhli imiş. Başlayır irfani sözlər oxumağa:
Bilmirəm, Aysanmı, yoxsa bütsənmi? 
Bilmirəm, məndən nə istəyirsən?
Bilmrəm, sənə necə xidmət edim: 
susub durummu, yoxsa söyləyimmi? 
Bilmirəm… 
Əyyaşın qan beyninə vurur və onun sözünü yarımçıq kəsib qışqırır: «Ə, axmaq, bilmirsən, bildiyini söylə də! Mən səndən «Haralısan?» deyə soruşuram, sənsə qeyidirsən ki, «Mən heratlı deyiləm, bəlxli də deyiləm, bağdadlı da deyiləm, səmərqəndli də deyiləm…» Haralısan, birdəfəlik de, qurtul». 

Bir nəfər psixiatra şikayət edir:
Gecələr səhərə qədərə qarabasma görmüşəm. Görürəm ki, zirzəmidəki siçovullar komandalara bölünüb futbol oynayırlar. Həkim ona dərman verib deyir:
-Al bunu iç, düzələcək.
Xəstə deyir:
-Həkim, olarmı bu gün içməyim? 
-Niyə?
-Çünki sabah onlarda finaldı. Vur-çatlasın olacaq. 

Gözbağlayıcı növbəti fokusu göstərməzdən əvvəl salondan bir nəfəri manejə dəvət edir. O, səhnəyə çıxan uşağa deyir:
-Qoy tamaşaçılar elə bilməsin ki, biz əvvəlcədən razılaşmışıq. Biz bir-birimizi ilk dəfə görürük, elə deyilmi?
- Əlbəttə, ata!

İki dəli dəlixananın dəhlizində oturub. Tibb bacısı onların yanından ötüb qapılardan birini açmaq istəyir, amma bacarmır. 
Dəlilər:
-Möhkəm dart! 
Tibb bacısı daha möhkəm dartmağa başlayır. Amma qapı açılmır. Tibb bacısı deyir:
-Yəqin, bağlıdır.
Dəlilər: 
- Yox əşşi, qapı o biri tərəfə açılır. Biz elə bildik, sənə dəstək lazımdır.

Ata öz oğlunu öyrədir: 
-Bala, ağıllı adam hər şeyə şübhə edir. Yalnız axmaq nəyəsə tam əmin ola bilər.
-Buna əminsənmi, ata? 
-Tamamilə!

-Niyə qadınlar hərbçilərə ərə getməyi sevirlər?
- Çünki onlar yemək hazırlamağı, paltar yamamağı, yatağı düzəltməyi, bacarırlar, canları sağlam olur və tabe olmağı öyrəniblər.

Cavan oğlan evlənəndən sonra bir müddət yoxa çıxır. Nəhayət, bir gün küçədə köhnə dostlardan birinə rast gəlir:
- Hara yoxa çıxmısan, gedək pivə içək. 
- Pivə olmaz.
- Bəlkə, hamama gedək? 
- Hamama olmaz. 
- Sizə gəlim, çay içək
- Olmaz.
- Onda bizə gəl. 
- Dostların evinə getmək olmaz. 
- Ax. Necə qəddarlıqdır! Evləndiyinə peşman deyilsən? 
- Peşman olmaq olmaz...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 927
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri