Molla Nəsirəddin lətifələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 37 444
Səs ver:
(səs: 31)
Günlərin birində Fərzəli bəy adlı bir nəfər Mollanın yanına gəlib deyir:
-Molla mən özümə bir möhür düzəltməz istəyirəm. Mənim üçün iki misradan ibarət elə bir şeir yaz ki orada mənim həm adım olsun həm şan-şərəfimdən olsun həm də nişanələrimdən biri olsun. Yazdıracağam möhürün üstünə.
Molla baxıb görür ki bu adamın gözləri göydür saqqalı sarıdır adı da ki Fərzəli bəydir. Bir az fikirləşib yazır: 
Gözü göy saqqalı sarı özü səy
Eşşəyin dal ayağı Fərzəli bəy.
 
  :122:                :122:               :122:
 
Molla bir məclisdə ağzına bir parça saqqız alıb çeynəyirmiş. Ortalığa çörək gələndə saqqızı çıxardıb yapışdırır burnunun ucuna. Soruşurlar:
Molla bu nədi? Saqqızı niyə burnuna yapışdırırsan?
Molla cavab verir ki:
Kişinin malı gözünün qabağında olmalıdır.
 
  :122:               :122:               :122:
 
Molla bir gün yol ilə gedirmiş qarşısına bir quyu çıxır. Ətəklərini yığışdırıb tullanır ancaq o tərəfinə düşə bilməyib ortasına düşür. Öz-özünə deyir:
Ax cavanlıq cavanlıq!.. Olaydı cavanlıq...
Sonra bir o tərəfə  bir bu tərəfə baxıb görür ki heç həs yoxdu deyir:
Amma öz aramızdı heç cavanlıqda da bir zibil deyildim.
 
  :122:             :122:             :122:
 
Gecə yarısı Molla çıxıb küçələri axrarmaya başlayır. Qarovulçu gəlib onu tutur ki:
Gecənin bu vaxtı buralarda nə axtarırsan?
Molla deyir:
Yuxum qaçıb onu axtarıram.
 
 
 

(səs: 31)
Şərhlər: 5
Baxılıb: 37 444
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri