Bacılarım gəlin gülək :)

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 6 210
Səs ver:
(səs: 2)
erməni əsgəri AZƏRBAYCAN əsgərinə deyir:Nəyə görə sizdə ölənlər basdırılır,bizdə isə yandırılır?AZƏRBAYCAN əsgəri cavab verir:Çünki xəzinələr basdırılır,zibiller isə yandırılır.
 
 
Bir əsgər əsgərlikdə sevgilisinə o qədər məktub yollayır ki,axırda qız poçtalyonla evlənir..)
 
 
Cerrah xesteden sorushur:
- Size pullu narkoz lazimdir, yoxsa pulsuz?
- Elbette ki, pulsuz.
- Lay-lay deyim yatasan, qizil gule batasan..
 
 
İki bit yol ilə gedir. Biri o birinə deyir ki, kimin başından gəlirsən? O biri bit deyir: Həsənin başından gəlirəm. Digər bit deyir: Axı Həsənin başı keçəldir. O biri bit deyi: Getmişdim sürüşməyə.
 
 
Mamed və Tağı dərsə gecikir.
Müəllim : Niyə dərsə gecikmisiz ?!
Tağı : Mən gecə yuxuda bütün ölkələri gəzirdim, ona görə yatıb qalmışam.
Müəllim : Bəs ay Mamed, sən niyə gecikmisən ?!
MameD : Mən də bütün günü Tağını aeroportda gözləmişəm

Bazarın girəcəyində bir kişi oturur və gələn gedən hər kəsə ilişir, deyir:
- Qaqaş sənin adın nədir? sənin aduvu yiyim....
Bir gün Naxçıvanlı gəlir bazara, elə içəri girən kimi kişi bundan soruşur:
- Ala adın nədir sənin?
Naxçıvanlı:
-Hiiii???? mənim adııımm??? ələ bilki mənim adım peyindir...
Kişidən səs cıxmır...
Naxçıvanlı:
-Nə gözuu döyürsən əəə?? Mənim adımı da ye da bəə biggrin
 
 
Məktəbdə oxuyan oğlan atasına zəng edir
-Ata mənə 100 manat yolla kitab mitab, qələm mələm, dəftər məftər alacam. Atası buna 50 manat yollayır..
Oğul:
-Ata niyə 50 manat yolladın? 
Ata:
-Oğlum kitab al mitab alma qələm al mələm alma dəftər al məftər alma :hahahah:
 
İmtahandan çıxmış abituriyentin duası:
-İlahi yalvarıram Tokionu Almaniyanın paytaxtı elə .
 
 
Arvad ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən?
-Əzizim, yadındadı qızıl dükanı? Hansı ki, sənin xoşuna gələn boyunbağı var idi orda. Amma, mənim yanımda yetərincə pul olmadığı üçün onu ala bilməmişdim.Və demişdim ki, həmin boyunbağı bir vaxt sənin olacaq?!
-(arvadın səsi dəyişir) həə canım yadımdadı
-hə bax həmin qızıl dükanının yanındakı çay evindəyəm biggrin 
 
 
İki dost işdən evə qayıdırdı. Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır..O biri deyir:
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə qabları yuya bilmirəm biggrin 
 
 
Alimlər kəşf etmişdir ki, qonaq gedəndə corabı cırıq olan qonağın ayaqqabını çıxardıb domaşni geyindiyi sürət işıq sürətinə bərabərdir.
 
 
Qaşla göz arasında, öz sevgilisindən xəbərsiz işlər çevirən canlıya 
"OĞLAN", 
Sonra bu işdən də xəbər tutub o qaşla gözün yerin dəyişən canlıya isə "QIZ" deyilir.
 
 
Kiçik bir uşaq, hamilə bir qadının qarnına toxunaraq: 
-Nə var sizin qarnınızda xala?
Qadın:
-Uşağım var,balam,deyə cavab verər.
-Sizin Uşağınızmı?
-Bəli
-Onu sevirsinizmi?
-Bəli
-Çoxmu sevirsiz?
-Bəli balam.
-Elə isə niyə yediz?  :hahahah: :122:
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 6 210
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri