Amandanın 18 yaşı olanda onun valideynləri qərara gəldilər ki, ad gününü restoranda qeyd etsinlər. Məclisə 200-dən çox adam gəlmişdi. Amandanın ad gününə gələn yaşlı xanım səhnənin ortasında oynayan qızlara və oğlanlara baxırdı. Yaşlı xanım yanında oturan şəxsə deyir:
- Mən cavan olanda məclis fərqli olardı. Asanlıqla bilmək olardi kim qızdı, kim oğlan. Amma indi çətindi qızları və oğlanları ayırmaq.
Yanında oturan şəxs heçnə demir. Yaşlı xanım davam edir,
- Nə vaxt ki, mən cavan idim oğlanlar şalvar, qızlar isə don geyərdilər. Amma indiki qızlar şalvar geyinirlər. Baxın o qıza oğlan cins şalvarı geyinib.
Yenə yanında oturan şəxs ona heçnə demir. Qadın davam edir,
- Mən cavan olanda qızların uzun, oğlanların isə qısa saçları olardı. Buna görə də kimin qız, kimin oğlan olduğunu asanlıqla demək olardı. İndi qızlar saçları qısa kəsirlər. Baxın bir o qıza, oğlan saç düzümü edib.
Yanındakı şəxs heçnə demir. Yaşlı xanım yanındakı şəxsə sual verir:
- Sizcə o oğlandır, yoxsa qız? Ayırmaq çətindi, elə deyilmi?
Yanında oturan şəxs deyir:
- Yox, çətin deyil. Mən onu asanlıqla ayıra bilirəm, çünki o mənim qızımdır.
Yaşlı xanım pərt olur və deyir:
- Bağışlayın, mən bilmədim siz onun atasısınız.
Yanında oturan şəxs ona deyir:
- Mən onun atası deyiləm, anasıyam.