Gülüş saatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 356
Səs ver:
(səs: 4)
_-_1_-_
Bir gün qaranlıqda 2 nəfər oğru qarşılaşır, birincisi bıçaq çıxararaq: - Qaqaş pulun var? O birisi tapança çıxararaq: - Pulu neynirsən ade? Birincisi:
- Həə, Allah haqqı pulumu xırdalamaq istəyirdim.
 
_-_2_-_
Bir gün bir başdanxarab atasını o qədər əzişdirir, atası özündən gedir! Bunu görən anası, bərk qorxur, bilmir oğlunu necə sakitləşdirsin. Bir dənə siqaret tapıb oğluna uzadıb deyir: Oğlum niyə əsəbiləşirsən ala bu siqareti çək, sakitləş. Oğlan anasına möhkəm bir sillə vurub deyir: Utanmırsan, ayıb deyil? Sən mənə atamın yanında siqarət uzadırsan?
 
_-_3_-_
Bir gün bir pəltək polisə zəng vurub deyir: - Alo pooollliiissddii. Polis: Hə. Pəltək: Burda meyid var gəlin aparın daaa. Polis: Haradadı? Pəltək: şşşşş... Polis: Şamaxinkada? Pəltək: Yox Polis: Şablonda? Pəltək: Yoxxx. Polis: Davay eee atdan burdan. Alçaq, bir də zəng eləsən gəlib səni tutacam. Pəltək: Yenə bir iki dəfə yenə zəng vurur. Amma yenə adresi deyə bilmir. Bir saat keçir... Pəltək: Alo polisdi Polis: Bəli Pəltək: Burda meyid var gəlin aparın Polis: Harada? Pəltək: şşşş Polis: Şamaxinkada? Pəltək: Yox Polis: Şablonda? Pəltək: Hə Polis: Bəs bayaq deyirsən orada yoxdu?! Pəltək: İndi sürütdəyə sürütdəyə gətirmişəm dəəə...
 
_-_4_-_
Bir gün dostlar yığışıb aralarında olmayan dostu prikola tuturlar, gəlib atasına deyirlər ki, oğlun nəşə çəkir. Atası deyir o nədir? Deyirlər ki, onu çəkəndə adam uçur. Atası deyir eybi yoxdur qoy gəlsin evə, mən ona göstərərəm. Oğul gəlir atası deyir: "Alçağın biri alçaq! Sən nəşə çəkirsən? Oğul: "Yox ata, sən nə danışırsan? Ata: "Kəs səsüvü!!! Səni uçan yerdə görüblər!
 
_-_5_-_
Bir gün bir kişi yol ilə gedəndə görür ki, bir kafenin üstünə yazılıb "Yeməyi siz yeyin şotu nəvəniz ödəyər". Kişi sevinir və girir içəri. Ölümünə yeyib doyandan sonra ofisiant ona yekə bir şot gətirir. Kişi deyir: -Bu nədir? Bəs demişdiniz şotu nəvəm ödəyəcək? Ofisiant: -Yox bu sizin babanızın şotudur.
 
 _-_6_-_
Bir gün gürcü, rus, azərbaycanlı təyyarədə uçurlar. Cəmi 3 paraşut olur, amma onlar pilot ilə birlikdə 4 nəfər olurlar. Pilot deyir: Hərənizə bir sual vərəcəyəm, kim tapsa paraşutu alıb gedəcək. Gürcüyə deyir: "Gürcüstanın paytaxtı haradır?” Gürcü deyir: "Tibilisi”, paraşutu alıb atdanır. Rusa deyir: "Rusiyanin paytaxtı haradır?” Rus deyir: "Moskva”, paraşutu alıb atdanır. Növbə azərbaycanlıya çatır, sual verir: İndaneziyanin paytaxtı haradır? Azərbaycanlı deyir: "Day denən vərmirəm dəəəə...”
_-_7_-_
Oğul atasının kompyuterini açıb, başlayır qurdalamağa, birdən kompyuterdə nəyisə vurur və kompyuter format olunur. Oğlan gəlib atasına deyir: -Ata, "Format completed” nə dəməkdir? Atası: -Bu o dəməkdir ki, səni indi ayağlıyacam!

 _-_8_-_
Bizim dülgər Ağabala taxta bir binanın bərpasında çalışırdı. Əlində mişar ilə ikinci mərtəbənin balkonunda işləyərkən görünməz bir qəza meydana gəlir və mişarı sürüşdürərək bir anda səhvən qulağını kəsir. Qulaq da aşağıya düşür. Qulağını görmək ümidiylə aşağıya baxır. Aşağıdakı işçilərdən biri qışqırır: Ey, bəylər aşağılarda bir qulaq görmürsən? Çaşmış işçilər bir ətraflarına baxırlar və qana boyanmış qulaq tapıb bizim Ağabalaya göstərirlər: - Budurmu? Ağabala aşağı doğru əyilib gözlərini qısar: "Yox əəə, mənimkinin arxasında qələm var”

 _-_9_-_
Təməl bir dağ başında yaşayırmış və ən böyük zövqü gündəlik qəzet oxumaq imiş. Lakin o çox tənbəl imiş və qəzet alabiləcəyi tək yer oturduğu dağın ətəyindəki dükan imiş. Bu iş üçün həmişə qızı Laləni göndərirmiş. Lalə bir gün bezir və bazar ertəsi günü 7 dənə o günün qəzetindən alıb, birini verir atasına. Sabahısı gün Təməl qəzet istəyincə "mən çıxıram qəzət almağa deyib" işlərini bayırda qurtarıb gələndən sonra dünən aldığı qəzətlərdən birini verir atasına. Çərşənbə axşamı yenə Təməl qəzet istəyir, Lalə yenə işlərini qurtarıb, atasına köhnə qəzəti verir. Çərşənbə günü yenə Təməl qəzət istəyir, Lalə yenə eyni işi görür. Axşama doğru Təməl Laləni çağırıb Deyir: "Aee dünyada nə axmaq insanlar var eee, dörd gündür eyni adam, eyni yerdəki ağaca eyni avtomobilini çırpır!”

_-_10_-_
Bir gün dəlilər çimmək istəyirlər, bilmirlər harda çimsinlər. Dəlilərdən biri kanserva qabını götürüb içinə su doldurur və o biri dəliyə deyir ki, çıx binanın üstünə və tullan. O biri dəli deyir: "Dəliyəm, tullanım sən də kanserva qabını çəkəsən dəyim yerə, əzilim!"
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 2 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri