Qadınlar.Biz'lilər təbəssümlərdə

Müəllif: my_angel
Şərhlər: 14
Baxılıb: 3 316
Səs ver:
(səs: 5)
BARBI gözündə yumruq izi evə gəlir.
Svetoklana onu görüb həyəcanlanır: -Bu nədi? Sənə nə olub?
-Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?” -Nə olsun ki?
-Heeeç . Bu gün biri tapdı. :122:
 
Glamurka Nemiska əlində qəzet qışqırır: -Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!!
Fidan Q-ova
maraqlanır, qəzeti alır.Glamurka Nemiska bir az kənarlaşır, yenidən qışqırır: -Fantastika, şok xəbər. 100 nəfər aldadılıb!!! :23:
 
 Müəllim Miss_Oxatan : -Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil. -Axı biz hamımız ondan köçürrmüşdük. :122:
 
.Bir gün arzum-aysum yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir:
-Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.
 
Bir gün my_angel arı yeşiyinə baxanda gözünü birini arı vurur. Biri gəlib rusca soruşurki -Nə olub? my_angel də rusca bilmədiyi üçün deyir:
-Balşoy yeşik, malinki deşik, arı vız-vız, qlaza dız-dız  :122:
 
ruzgargulum menim balam dərsə gecikir.
Müəllim : Niyə dərsə gecikmisiz ?!
rugargulum : Mən gecə yuxuda bütün ölkələri gəzirdim, ona görə yatıb qalmışam.
Müəllim : Bəs ay menim balam, sən niyə gecikmisən ?!
menim balam : Mən də bütün günü ruzgargulumu aeroportda gözləmişəm :)
 
Məktəbdə oxuyan fialka Qlamurra zəng edir -Qlamurr mənə 100 manat yolla kitab mitab, qələm mələm, dəftər məftər alacam.
Qlamurr buna 50 manat yollayır..
fialka: -Qlamurr niyə 50 manat yolladın? 
Qlamurr
: -fialka kitab al mitab alma qələm al mələm alma dəftər al məftər alma

Catwoman666 deyir: "Her gece yuxumda gorurem seni, yanimda olsaydin yeyerdim seni. Sensen heyatimin menasi, sevirem seni yarpaq dolmasi" :122:  -

Сладкйи Ангел deyir:
İnsanlar iki cür olur:
-Ağız burnunu qırmaq istədiklərimiz
-Ağız burnunu yemək istədiklərimiz :)

melek5 deyir:
Yayda insanlar geyimine gore iki qrupa bolunur:
1.Yaxşı geyinənlər
2.Yaxşı ki geyinənlər
 
Bir gün _Mira_Yaman_ gəlir həkimə:
- Həkim yaddaşımı itirirəm, kömək eləyin.
Həkim:
- Hm.. Tez-tez itirirsiniz?
_Mira_Yaman_:
- Nəyi ay həkim?
Həkim:
- Yaddaşınızı
_Mira_Yaman_:
- Yaddaş nədi? :122:

Bir gün emis polisə zəng edib deyir:
-Ay Polis, burda 500 ölü var
-Harda?
-Burda da qəbiristanlıqda :) :23:

Bir gün remse ayaqqabı dükanına girir. Satıcıdan soruşur ki sizde 43 razmer ayaqqabı var?
Satıcı heyrətə gəlir və deyir:
-siz bu ayaqqabını kim üçün alırsız ve onun yaşı neçədir?
remse cavabında deyir: mənim oğlumdur və altıda oxuyur.
Satıcı deyir indi onun ayaq razmeri 43 olarsa 11-ci sinifdə neçə olar?
remse cavabında deyir ki siz narahat olmayın o qələt edir 9-cu sinifdən məktəbdən çıxaracam. :122:

Bir gün bir asya muslumova parkda oturub aldığı konfetləri yeyirdi. Bir qoca kişi də gəlib asyanın yanında oturur və görür ki, asya muslumovadayanmadan çoxlu konfet yeyir. asyaya deyir ki:
-Bax, qizim bu qədər şirni yesən sənin dişlərin tökülər
asya muslumova isə cavabında:
-Bax, əmi mənim babam da 110 il yaşadı
Qoca kişi:
-Sənin baban da çoxlu şirniyyat yeyirdi ?
asya muslumova:
-yox, sadəcə olaraq hər şeyə burnunu soxmurdu =) :122:

guler19 vaqonda oturan bir oğlandan soruşur:
-Qaqaş sən yaponsan?
-Yox... Biraz keçir:
-Qaqaş yapon deyilsən?
-Yox deyiləm..Biraz keçir:
-Qaqaş sən yaponsan?
-Həə yaponam ! nolubki?
-VALLAH heç oxşamırsan =))

Həndəsə dərsində müəllim ALESSANDRAya deyir:
-ALESSANDRA, üçbucaq çək.
ALESSANDRA üçbucaq çəkir.
Müəllim:
-indi isbat eləki o üçbucaqdı.
ALESSANDRA:
-anamın canı bu üçbucaqdı. :)

Statusuna: Mən 3 qadını sevərəm Anamı, yoldaşımı və qızımı yazan oğlana nənəsi tərəfindən comment bildirildi: "İndiyə kimi sənə verdiyim pensiyalarım burnundan gəlsin !" =))

Oğlan:
- Xanım msn adresini verə bilərsən?
Qız:
- Əlbəttə...
Oğlan həyəcanla:
-Gözləyirəm.
Qız:
- qijiyaoxshayirsan@rəddolburdan.com.

Statusuna: Mən 3 qadını sevərəm Anamı, yoldaşımı və qızımı yazan oğlana nənəsi tərəfindən comment bildirildi: "İndiyə kimi sənə verdiyim pensiyalarım burnundan gəlsin !" =))
 
P.S. Adlarını yazmadıqlarım,xahiş edirəm inciməyin :20:
(səs: 5)
Şərhlər: 14
Baxılıb: 3 316
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri