Şeytana uymaq istəmirəm, amma əclafın fikirləri xoşuma gəlir.
Oğlan: Gizlənqaç oynayaq?
Qız: Təpən haqqı elə, keçən ilki kimi gizlənib, bir də Martın 9-u çıxasan?
Ən yaxşı saç ustası yastığımdır. Hər səhər duranda görürəm ki, saçımı başqa stildə edib. :)
Oğlan qıza zəng vurur.
Oğlan: Mənimlə evlənərsən?!
Qız: Yox, hələ tezdi.
Oğlan: Oldu, onda birazdan zəng vuraram.
Bəzilərinə verdiyim dəyərin içində "qabarma tozu" var imiş, hamısı şişdilər.
Dünyanın 7 möcüzəsi varıymış. Yəni indi məndən 6 dənə də var? İnanmaram! :)
Həyat o qədər insafsızdır ki, hətta corab da öz tayını tapa bilmir.
Avropada:
- Çox üzr istəyirəm, amma düşündüm ki, deməyim faydalı olardı. Sizin zamokunuz açıqdır.
- Çox sağ olun xəbərdarlıq üçün.
Azərbaycanda:
- Qaqaş, zamokun açıqdıye.
- Ala sənin gözün orda nə gəzire?
Beyninə oksigen girsin deyə başında deşik açmaq istədiyim insanlar var!
- Səni səhv tanımışam Aytən!
- Mənim adım Ayseldi!(
- Dedim axı, səhv tanımışam.
Mina: Köhnə kişilər çoxalsın. Namus qeyrət çox olsun!
Mamed: Köhnə qadınlar çoxalsın. Əxlaq namus çox olsun.
Qızlar..., o qədər gözəl olun ki, özünüz FƏXR edin, rəfiqələrin PAXILLIQ etsin, başqaları ARZU etsin, köhnə sevgiliniz isə DIRNAĞINI yesin... =)
İki dost küçədə rastlaşır. Biri o birinə deyir:
- Dünən sənin arvadını bazarda gördüm. Elə maraqlı lətifə danışdı ki, hər ikimiz gülməkdən özümüzü saxlaya bilmədik və çarpayıdan yıxıldıq.
Pensiya kartın ürəyinin üstündə gəzdirən, qəpiyə köpük deyən şirin varlığa nənə deyilir .