Dostlar, bəlkə bir az gülək ツ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 917
Səs ver:
(səs: 14)
Facebooka təzə gələn qız:
Ad:Bağdagül
Soyad:Murtuzova
Status:ağeeez bura nətər işdiyir ağız heş başım çıxmer.
1 il sonra...
Ad:Sladkaya
Soyad:Bakinka
Status:Ya simpotiçni oğlanlari lyublu da:D

Qız : Canımdan da çox sevirəm səni.
Oğlan : Mən də səni.
Qiz : Yaxşı ki varsan.
Oglan : Gəl qaçaq !!
Qiz : Dəlisən?Hara ?
Oglan : Deyirəm gəl qaçaq !!
Qiz : bəsdi dəə hara ee? Dəlisən ?
Oğlan : Danışma deyirəm dur tez ol !!
Qiz : Paaa elçilərin gəlsin,mən istəyirəm ağ gəlinlik geyinim
Oglan : Az qaçmasan bir azdan ağ gəlinlik yox ağ kəfən geyinəcəksən. Atanla qardaşın arxadan gəlir.Tez ol !!!

Məhkəmədə hakim Mamedə deyir:
- Kiminlə evlisən?
Bizim arvadla.
- Əlbətdəki arvadla evlisən.Heç kişiylə evli olan görmüsən?!
Əlbətdəki görmüşəm..!
- Kim?!
Bizim arvad :P

Qız falçıya gəlir və deyir:
-Məni 2 oğlan istəyir,deyin görək hansının bəxti gətirəcək?
Falçı:
-Səmədin bəxti gətirəcək,çünki səni Elşən alacağ :D

2 dost söhbət edir:
- Ala gördün o qız mənə baxıb
güldüyee.
Ay brat o nədir ki mən sənə birinci dəfə baxanda 1 ay gülmüşdüm. lol

Tağı: Ala ağaca niyə çıxırsan?
Mamed: Armud yeməyə.
Tağı: Ala gic oğlu gic bu söyüd agacıdır.
Mamed: Ala gicsən ee armudlar cibimdədi dəəə. :D

Avtobusda bir sərxoş qışqırır:
-Kim pulunu itirib?
Heç kim ona baş qoşmur.
O yənə qışqırır:-Kim pulunu itirib?
Bir qarı fikirləşir ki,bəlkə o pul tapıb.Desəm ki,mən itirmişəm,yəqin verər.
-Mən itirmişəm,oğlum .
-Dur axtar da... Nə oturmusan?:D

Oğlan:- Mənimlə şam yeməyinə gələrsən?
Qız:- Qızlar xoşlamırlar onlara sual verilməsindən, elə təklif et ki, gəlim
Oğlan:- Mənimlə şam yeməyinə qoşul!
Qız:- Nç nç nç, buda çox iddialı oldu
Oğlan:- Mənimlə şam yeməyinə gələrsiz?
Qız:- Eee yenə sual verdin
Oğlan:- Mənimlə şam yeməyinə gəl də
Qız:- Off bud a əsəbi oldu
Oğlan: -Mən şam yeməyinə gedirəm, gəlirsən gəl gəlmirsən cəhənnəmə gəl!
Qız: -Ok, 5 dəqiqəyə qapıdayam :D

Əzrail: Mən Əzrailəm, vaxdındı canını almağa gəlmişəm !
Qaqaş: Çoxdandı səndən bir söz soruşmaq istəyirəmeee. Maaşa işləyirsən, yoxsa hər aldığın cana görə faiz alırsan?
Ümumiyyətlə sərf eliyir işin?
Əzrail: Kişi kimi de Azərbaycanlısan həəə??: Bizim millətdən yoxdudaaa

Oğlan: Sevirsən məni?
Qız: Yox
Oğlan: Dodaqların yalan deyirdi bəs gözlərin?
Qız: Onlarda linza idi.

Bizim vaxtımızda 'əlimizə Oğlan əli dəyməzdi' diyən nənələr: Siz onsuzda 13 yaşında evlənirdinizdə 'əl'i neynirdiz

Ancaq Azərbaycanda tuman-maykanın istifadə müddəti qurtardıqdan sonra süfrə və toz dəsmalı kimi istifadə edirlər..

Oğlan: Dünayada hər kəsə sənə olan sevgimi bildirmək istəyirəm.
Qız: Qardaşımada?
Oğlan: Error

-Ata men sinif yoldaşımgilə gedirəm dərs eliyəciyik.
+Otur aşağı Anonda o vaxtı dərs eləməyə gəlmişdi..

Oglan : Devuşka tanış olaq? Hii? ♥
Qız: Durakkk !
Oğlan: İstiyirsən duraq istiyirsən oturaq lijbi tanış olaq.. :D
(səs: 14)
Şərhlər: 10
Baxılıb: 4 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri