Məşhurlar haqqında lətifələr

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 3 025
Səs ver:
(səs: 2)
XIV Lüdovik etibarlı saray adamlarından biri ilə söhbət edərkən ondan soruşur:
-Siz ispan dilini bilirsinizmi ?
-Hörmətli kral, xeyr, bilmirəm.
-Elə isə bəxtinizdən küsün, -deyə kral cavab verir.
Həmin adam belə güman edir ki, kral onu İspaniyaya səfir təyin etmək istəyir və buna görə də o, qısa bir vaxt ərzində ispan dilini mükəmməl öyrənir və kralın yanına gələrək deyir :
-Möhtərəm kral həzrətləri, mən artıq ispan dilini öyrənmişəm.
-Sizi təbrik edirəm. Indi siz “Don Kixot”-u orijinal versiyada oxuya bilərsiniz,-deyə kral cavab verir.

Alman yazıçısı, məcmuə redaktoru Teodor Fontane bir gün bir şeir alır. Şeirlə bərabər göndərilən məktubda müəllif izahat verərək yazırdı:
-Mən özüm bilə-bilə vergülləri qoymamışam, onları qoymağı lazim bilmədim. Xahiş edirəm lazım bilsəniz, yeri gəldikcə vergülləri siz ozünüz qoyun.
Fontane isə cavabında şeir müəllifinə belə yazmışdı:
-Sizdən rica edirəm, gələn dəfə ancaq vergülləri göndərərsiniz, şeiri isə mən özüm yazaram.

Bir gün Aleksandr Dümanın yanına bir yazıçı gəlib ona deyir :
-Əgər mənə 300 frank borc verməsəniz özümü və 3 uşağımı öldürəcəyəm. Düma isə təəssüflə bildirir ki, cəmi 200 frank verə bilər.
-yox, mənə ancaq 300 frank lazımdır, - deyə yazıçı təkid edir.
Düma isə əlacsız qalıb deyir:
-Sizə bir məsləhət verə bilərəm. Götürün bu 200 frankı. Özünüzü öldürün amma uşaqlara toxunmayın. 200 frank onlara bəs edər.

Avstriyalı yazıçı Peter Altenberq bir gün səhhətinin ağır olduğunu görüb həkimə müraciət edir. Yazıçının həyat tərzi ilə tanış olan həkim ona spirtli içki içməməyi məsləhət görür. Altenberq heç bir söz demədən palto və şlyapasını götürüb getmək istəyərkən həkim deyir :
-Bağışlayın bəs məsləhət üçün pul vermirsiniz ?
-Niyə görə pul verməliyəm ki ?-deyə Altenberq təəccüblənir, - axı mən sizin məsləhətlərinizi qəbul etməmişəm.

Bir gün bəstəkar Rubinşteyinin yanına gözəl bir qız gəlir. Qız pianoçu olmaq istədiyini bildirir və bəstəkardan xahiş edir ki, onu dinləsin. Pianoda çalmağı çox da yaxşı bacarmayan qız bir-iki melodiya çaldıqdan sonra bəstəkardan soruşur :
-Mayestro, siz mənə nə məsləhət görürüsünüz ? Mən nə etməliyəm ?
Rubinşteyin gülümsəyərək deyir :
-Siz sadəcə olaraq ərə getməlisiniz.

Azərbaycanın görkəmli aktyorlarından biri olmuş Hüseyn Ərəblinski bir dəfə “Nadir şah” tamaşasında oynayırmış. Kimsə zarafatla şaha yazılmış məktub əvəzinə zərfə ağ vərəq qoyur və Nadir şaha - - - H. Ərəblinskiyə təqdim edir. Böyük sənətkar məktubun mətnini əzbər bilmədiyi üçün ağ vərəq görüb bir anlıq susur, ancaq özünün itirmir. Mirzə Mehdi xan rolunu oynayan aktyora məktubu uzadıb deyir :
- Al bu məktubu oxu.
Həmin aktyor pis vəziyyətə düşür, dili dolaşıb deyir:
-Qibleyi-aləm, eynəyim o biri otaqda qalıb.
-Elə isə tez gedib onu gətir və məktubu oxu, -deyə böyük aktyor yaranmış vəziyyətdən çıxış yolu tapır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri