Gülmək sizə yaraşır :)

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 2 231
Səs ver:
(səs: 2)
İnsan gedib atasına "10 illik paltaryuyanın zəmanət sənədini niyə saxlayırsan hələ də?" deyə bilmir. Üzülməyini istəmirəm amma evin bir otağı kommunal ödənişlərin çekləri və zəmanət kağızlarıdı. Nə dərdi var ki belə edir başa düşmürəm. Kimsə gəlib "sən filan vaxtı bu borcu ödəməmisən" deyər deyə qorxub çeki saxlayır ki gələndə çeki soxsun adamın gözünə. Fantaziyadı bu kişi.:23:
 
"Müəllim, siz bu 200 səhifəlik hissəni hansı ara danışdız bizə ki hələ bir də bunlardan imtahanda sual salacaqsız?" demirəm, deyə bilmirəm. Oturub quzu kimi imtahanlara hazırlaşıram. Nəysə diplomu alım, o müəllimlə ayrı cür söhbət edəcəm. İndi eləsəm, verməyəcək diplomumu, ona görə susuram.:122:
 
Nə vaxtsa tələsik bir yerə getsəm küçədə qabağıma bir xala çıxır və yavaş-yavaş gəzir bəxtmdən. İri olur deyə yanından keçə bilmirsən. Oyun zad da deyil ki üstündən filan tullanasan. Qalırsan belə ortalıqda.:pff::122:
 
Sevgilimi hər zaman kassiri qız olan kafelərə aparıram. Kafedə oturduğumuz vaxt sevgilimə deyirəmki kassir qız mənə yaman baxır. Durub şot verəndə sevgilim şotu özü ödəyirki mən həmin qızla heç nə danışmıyım. Belə belə pul cibimdə qalır qarnımda tox olur .:122:
 
Hər zaman internetə girən qız, cividir.
İnstargramı olan qız quşdu deyən biri var idi.
İndi evlənib.
Arvadının şəkillərini like edirəm instagramda.:23:

(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri