Bir az təbəssüm :)

Müəllif: Catwoman666
Şərhlər: 9
Baxılıb: 2 194
Səs ver:
(səs: 3)
Anam atamın zarafatlarına gülürsə deməli evdə qonaq var :122:
 
İlişki durumum: 2 ildi fbdə yazışırıq,1 ildi vatsapda səsli mesajlar göndəririk bir birimizə, 6 aydı İnstagramda şəkillərimizi like edirik qarşılıqlı.:122:
 
3cü sinifdə oxuyanda böyük uşaqların cəbr kitablarındakı məsələləri görəndə düşünürdümki bunlar bu misalları necə həll edirlər. Sonra böyüdüm onlar yaşda olanda bildimki həll etmirlərmiş.:23:
 
Mamam qonaq otağımızçün divan alırdı,istədiyi rəngdə divanı tapmaq üçün 1 həftə bütün mebel salonlarını gəzdik və sonda tapdıq. Divanı otağa yerləşdirdikdən sonra üstünə örtük örtdü.Örtüyü qaldırıb altına baxmasan divanının rəngini bilmərsən yəni.:23:
 
Sevgilimə "Mahir səni sevir" adlı video hazırlamışdım dostlarımla bir yerdə. Sevgilim videoya baxarkən dostlarımdan birindən xoşu gəlmişdi. İndi də sevgilidilər. -_-:23:
 
Ümumi olaraq anamın mənə demədən bütün işləri görüb sonra da "heç kömək də eləməzlər" deyib durduq yerə əsəbləşmək kimi xasiyyəti də var. -_- :23:
 
Görəsən ilk insan Adəm də o vaxtı kiməsə telefonu verib 'bir bu şəkilə bax' deyəndə telefonu verdiyi adam baxandan sonra icazəsiz o birsi şəkillərə keçirdi? Yox yəni əgər dədə babadan gələn birşeydisə, düzəlmirsə, bunu eləyən dost tanışa bir iki şey deyəcəkdim onları deməyim.:23:
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri