85 yaşlı bir qoca kişi 80 yaşlı qoca
arvadına deyir:Gəl cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə
görüşək. Qoca arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə
qayıdır və arvadından soruşur niyə gəlmədin? Arvad da deyir:Atam buraxmadı.
:122:
Bir gün papuqayı maşın vurur. Papuqay huşunu
itirir və özündən gedir. Ayılandan sonra görür ki, qəfəsdədi və əllərini
başına-başına vuraraq deyir: "Yəqin sürücü ölüb ki, məni türməyə basıblar.
:122:
Dəli çıxır dama başlayır bir-bir kubikləri aşağı
tullamağa. Soruşurlar: Neyləyirsən? Deyir: Tetris oynayıram.
:122:
Gecə vaxtı qapı döyülür. Yuxulu halda kimdi? JAN
KLOD VAN DAM eee çıxıb indi dördünüzü də bir-birinizə qataram.
:122:
Soğan bıçağa nə deyir? Məni soyma utanıram.
:122:
Torpaqların alınan vaxtı bir əsgər evə məktub
yazır. Salam ana mənim hər şəraitim yaxşıdır. Ermənilər hücum edir biz isə geri
çəkilirik. Belə getsə, bir həftəyə evdəyəm
:122:
Bir kişi telefonla zəng edirdi və qadın səsi
eşidəndə çaşıb deyir: Mən telefonlamı danışıram? Qadın hirslənərək: Yox
televizorla! Kişi isə tez cavab verir: Vay biabır oldum ki, mən alt
paltarındayam.
:122:
Bir kişi yolnan gedir, birdən dərin bir quyuya
düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyir çıxa bilmir, axırda
öz-özünə deyir:
-Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.