Gülüşlü günlərə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 404
Səs ver:
(səs: 2)
Rabinoviç Nyu-Yorka mühacirət edir. Orada restoran açır. Restoranın qapısında yazır: "Ərəblərə giriş qadağandı”. Bir neçə gündən sonra restorana ərəb gəlir. Ofisiant bunu Rabinoviçə bildirir. Rabinoviç deyir:
- Yaxşı, hay-küy istəmirəm. Ona kofe və buterbrod ver. Ancaq hesabı ikiqat artıq al. Bir də bura gəlməz.
Ancaq səhəri gün nahar vaxtı ərəb yenidən restorana gəlir. Bu dəfə Rabinoviç ondan üçqat artıq hesab almağı tapşırır. Ərəb yeyib pulu verib gedir. Üstəlik, axşama 10 nəfərlə gələcəyini deyir. Rabinoviç fikirləşib deyir:
- Yaxşı, qoy gəlsin. Ancaq hesabı onqat artıq alarsan.
Axşam ərəb öz dostları ilə gəlir, yeyib-içir, hesabı verib gedir. Səhər Rabinoviçin restoranının qabağında yazı asılır: "Yəhudilərə giriş qadağandı”.

Rabinoviç dükana gəlir.
- Mənə siyasi büro üzvlərinin şəkillərindən yüz komplekt verin.
- Neynəyirsiz o qədər?
- Viza almışam. Təl-Əvivdə tir açmaq istəyirəm.

Yəhudi qəbiristanlığında ana balaca oğlunu dəfn edir və tapşırır:
- Oğlum, Allahdan xahiş elə, Sara ərə getsin. Sonra xahiş elə ki, Xaim dayın sağalsın. Sonra de ki, Natanı əsgər aparmasınlar.
Yaxınlıqda dayanan qəbirqazan dözməyib dillənir:
- Qulaq asın, əgər Allaha bu qədər işiniz düşübsə, özünüz gedin. Day ağlı kəsməyən uşağı göndərməyin.

Bir nəfər kilsəyə gəlib keşişə deyir:
- Mən günah etmişəm.
- Nədir günahın?
- Yəhudini aldatmışam.
- Bu, günah deyil.
- Bəs nədi?
- Bu möcüzədi!!!

Yəhudi uşağı özünü pis apardığına görə bütün məktəblərdən qovurlar. Atası bilmir nə etsin. Axırda uşağı xristian kilsə məktəbinə göndərirlər. Bir müddət keçir. Uşaq çox yaxşı oxuyur, özünü ağıllı aparır. Təəccüblənən ata oğlundan soruşur:
- Nə oldu, belə tez düzəldin?
- Ata, inanmazsan. Məktəbə gələndə gördüm ki, elə qapıda bir yəhudini çarmıxa çəkiblər. Başa düşdüm ki, bunlarla zarafat etmək olmaz.

Avtomobil kirayələmək məntəqəsi. Yəhudi oranın sahibindən soruşur:
- Deyin görüm, «Reno» bir kilometrə nə qədər benzin işlədir?
- Bir qaşıq!
- Çay, yoxsa yemək qaşığı?

Məhkəmə yəhudiyə 5 il iş verir. Yəhudi son sözündə deyir:
- Olar ki, mənə 5 yox, 10 il iş verəsiz. Ancaq həbsxanada bir gündən bir olum?
Ancaq lap ağıllı yəhudi belə deyirdi:
- Olar mən 5 yox, 10 il həbsxanada yatım. Ancaq axşam 8-dən səhər 8-ə qədər?

Qüdsə gələn amerikalı Hüzn divarına baxmaq istəyir. Ancaq oranın adını bilmədiyindən taksi sürücüsünə deyir:
- Yəhudilərin ağladığı, başlarını divara vurduğu yerə apar.
Sürücü onu vergi polisinin binasının yanına apardı.

Qulaq as, Mendel. Niyə Abramla day kart oynamırsan?
- Sən hər dəfə fırıldaq işlədən adamla kart oynayardın?
- Əlbəttə, yox.
- Abram da oynamaq istəmir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri