Gülək, əylənək..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 477
Səs ver:
(səs: 0)
Salam canım
- hmm salam
- bu gün niyə soyuq idin mənə qarşı?
- heçnə kefim yoxuydu (canıva azzar min dəfə demişəm yupka geyinmə)
- hmm başa düşdüm (itdiyinnən əl cəkmə. Öl məni qısqandığıvı boynuva alana kimi geyinəcəm...xD)

***
Oğlan: Kimnən icazə almışdın gedəndə?
Qız: Əlimi görürsən? Barmağımı görürsən?
Oğlan: Həəə...
Qız: Bəs üzüyü?
Oğlan: Yooox...
Qız: Onda özüm bilərəm hara gedərəm...xD

***
İmtahanda oğlan yanındakı oğlandan soruşur:
- "How are you" nə deməkdi?
- Necəsən?
- Ala dimdiy, hal-əhval soruşmağın yeridi? Sən sualıma cavab ver.. xD

***
Bir dost digərinə:
- Sənin ayaqqabılarının biri qara, o biri isə agdır. Niyə?
- Bilmirəm, qardaşımda da belədir xD

***
Bir əsgər olur. Bir gün arı yeşiyinə baxanda gözünü birini arı vurur.
Komandir gəlib rusca soruşur ki,
- nə olub?
Oğlanda rusca bilmədiyi üçün deyir:
- Balşoy yeşik malinki deşik arı vız-vız qlaza dız-dız xD

***
- Kimdi?
- İşıq puludu, evdə kimsə var?
-Hə bacım evdədi.
- Çağırda onu.
- 1 dəq gözləyin əmi.
Kamil qayıdır deyir:
- Əmi ağır idi, beşikdən götürə bilmədim...xD

***
Bir kişi yolnan gedəndə ayağı daşa ilişir yıxılır.
Ayağa qalxır deyir: "lənət sənə kor şeytan".
Şeytan qıraqdan çıxıb deyir: "kor atondu, gedəndə ayağıvın altına bax da" xD

***
Arvad ərinə zəng edir:
- Hansı cəhənnəmdəsən?
- Əzizim, yadındadı qızıl dükanı? Hansı ki, sənin xoşuna gələn boyunbağı var idi orda.
Amma, mənim yanımda yetərincə pul olmadığı üçün onu ala bilməmişdim. Və demişdim ki, həmin boyunbağı bir vaxt sənin olacaq?!
- (arvadın səsi dəyişir) həə heyatım yadımdadı
- hə bax həmin qızıl dükanının yanındakı disco clubdayam xD

***
Oğlan: hardasan?
Qız: maşın sürürəm
Oğlan: nə? nə maşını? dəli eləmə məni!
Qız: qorxma atamın maşınıdı
Oğlan: oh bə, elə bildim ki...
Qız: hə, sadəcə qonşunun oğlu roldadı, məndə onun qucağında, mən təkcə rolu tutmuşam, hər şeyi o idarə edir, narahat olma xD

***
Mamed 1-ci sinifə gedir...
Müəllim: Saymağı bilirsən?
Mamed: 123456...
Müəllim: qalanları???
Mamed: Valet, Dama, Karol, Tuz xD

***
Nəvə: nənə pensiya kartın məndədi ee :)
Nənə: uşaqlıqda hamamda çəkdirdiyin şəkillər də məndədi ee. xD
Nəvə: ok qaytarıram...xD

***
Kinolarda olur ee qıznan çiyin-çiyinə dəyirsən, qızın kitabları tökülür, əyilirsiz yığmağa göz-gözə gəlirsiz....♥
Mən də bu düşüncəynən qıza çiyin atdım, əlindəki İPhone yerə düşüb çilik-çilik oldu. Yaxşı ki, sürətim var qaçdım getdim. Arxamca gül ağzını açmışdı xD

***
Bir gün maşın qəzaya düşür... Maşında olan 2 qadın hərəsi yolun bir tərəfinə ölümcül vəziyyətdə düşüb qalır... Bir təhər biri sürünə-sürünə o birinin yanına gəlib deyir:
- Az həəə, elə onu deyirdim axı... xD

***
- İçki içək? - Hə.
- Siqaret çəkək? - Hə, gəl..
- Nəyşə verim? - Ooo, əlbəttə ki..
- Dondurma alaq? - Ala, dəlisən? Boğazımız ağrıyar xD

***
Qız: Aaaaa, yağış yağır həyatım?
Oğlan: Yox, pajarnı çağırmışam bizi suluyullar, düşüy qızı düşüy xD

***
7-ci sinifdə oxuyan oğlan məktəbdə partanın altında gizlicə playboy jurnalına baxır... Müəllimə bunu görür yaxınlaşır və jurnalı uşaqdan alır, deyir:
- Sabah sənin anavı görmək istəyirəm!
- Sabahı neyniyirsiz ki? 18-ci səhifəyə baxın görərsiz ...xD

***
- İki qız söhbət edir. Biri qorxulu şey danışır, o biri deyir:
- az bəsdi bığlarım biz-biz oldu:)) xD
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri