Molla bir gün yol ilə gedirmiş. Baxır ki, yolun kənarındakı gölün içi doludu ördəklə. "Bəlkə bir-ikisini tutdum" – deyə cumur gölə. Ördəklər hamısı uçub gedirlər. Molla tez cibindən bir az çörək çıxardıb başlayır gölün suyuna batırıb yeməyə. Bunu görənlərdən biri soruşur: – Molla, nuş olsun! Nə yeyirsən belə? Molla deyir: Ördək şorbası yeyirəm. Ancaq heyif ki, bir az soyuqdu.
Bir gun Mamed oqLunu yanlna caqlrlb deyir ki,OqLum anan biLmasin saq tarafdaki qonwunun qlzlnda iwin oLmasln o sanin baclndl.Bir muddat kecir Mamed yena oqLunu caqlrlb deyir ki,soL qonwunu qlzlnda da iwin oLmasln o da sanin baclndl.Na isa o qonw beLa,bu qonwu beLa.OqLan histanib gedir anaslnln yanlna vaziati anaslna danlwlr.Anasl da oqLuna cavab verir ki,oqLum ged kimnan istayirsan gaz.O sanin atan deyiL.
Molla bir gün qonşusundan bir qazan alır. Bir neçə gündən sonra içinə bir balaca qazan da qoyub sahibinə qaytarır. Qonşu balaca qazanı görüb soruşur: – Molla, bu nədi? Mən ki sənə bircə qazan vermişdim. Molla gülə-gülə deyir: – Balam, sən çox xoşbəxt adammışsan. Qazanın bu gecə doğub. Kişi heç bir söz deməyib, sevinə-sevinə qazanları götürüb aparır. Bu işin üstündən bir müddət keçəndən sonra Molla həmən qonşusundan bir böyük putluq qazan istəyir. Birinci qazandan dişi şirəyə batmış qonşu çox böyük razılıqla qazanı gətirib verir. Bir gün, beş gün, bir ay... Molla qazanı qaytarmır. Axırda kişi gəlir Mollanın qapısına. Molla çıxır, bunu qapıda görcək, başlayır dil-ağız eləməyə: – Bağışla, vallah, a qonşu. Sənin də yanında lap xəcalət oldum. Daha nə etmək olar? Çox da ürəyini sıxma. Dünyanınkı belədi. Ürəyini geniş tut. Allah əvəz versin. Mollanın danışıüından heç bir şey başa düşməyən qonşu soruşur: – Molla, sən nə barədə danışırsan? Bu nə başsağlıüıdı mənə verirsən? Mən qazan üçün gəlmişəm. Molla dəsmalını çıxarıb gözlərini silir ki: 264 – Elə mən də rəhmətlik qazan barəsində danışıram də... Qonşu soruşur: – Necə yəni rəhmətlik? Niyə, nə olub ki? Molla deyir: – Vallah, heç deməyə də dilim gəlmir. Qazanın bu gecə öldü. Qonşu soruşur: – Molla, bu nə sözdü? Heç qazan da ölərmi? Molla deyir: – Qonşu, heç keçən dəfə qazanın doğanda bu sualı vermirdin? Bəs niyə qazan doğanda inanırsan, öləndə inanmırsan? Doğan ölər də...