Biraz üzünüz gülsün :))

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 374
Səs ver:
(səs: 0)
1. Sən gözəl bir yağışın arxasından torpaq ətrinin bürüdüyü məsum bir çiçəyin yarpaqları arasından görünən bir böcəksən =)

2. Onu çox sevirdim.. Onun üçün saçımı süpürgə etdim, təsadüfən elekrik süpürgəsi çıxdı.. Onu elektrik vurdu...=)

3. Ağlamaq dərdə dəva olsaydı, apteklər soğan satardılar =)

4. Gecələrdir eyni şeyə görə yata bilmirəm, mənim haqqında nə düşünəcəyin vecimə belə deyil, bəlkə bunu məndən heç gözləmirdin amma olan olub artıq və məncə deməyin vaxtı gəlib artıq, sənə indiyə qədər cəsarət edib deyə bilmədiyim bir şeyi artıq söyləmək istiyirəm. Düşündüm və qormuram.. Çox ciddi bir bir cavab istiyirəm.. Səncə hamam böcəkləri tərləyirmi??? =)

5. Təcili qan axtarılır qrupu önəmli deyil.. İmza: Vampir =)

6. Zorla gözəllik olmaz, amma plastik əməliyyatla olar =)

7. Qaynanam itkin düşüb, görənlərin görməməzlikdən gəlmələri xahiş olunur..=)

8. Bilməmək eyib deyil, önəmli olan bilmədiyini bildirməməkdir..=)

9. Nescafe belə 3'ü1 aradadır, mən hələ də yalnızam...=)

10. Məni tərk etdin. Bil ki, mənim kimisini Google'da belə axtarsan tapa bilməyəcəksən...=)

11. Səninlə sevgili ola bilmirəm...
- Niyə axı? :(
- Çox şirinsən düzdü, amma pəhrizdəyəm...=)

12. Evdə qalmış qızlara müjdə! Adınızı, yaşınızı, boyunuzu, kilonuzu yazıb 2211'ə göndərin... Ailəniz yerinə turşunuzu biz qoyarıq..=)

13. Oyansan gecənin bir yarısı, gözlərin gecənin qaranlığına dalıb getsə və bir istilik hiss eləsən dizlərində, həyəcanlanma, sadəcə bilki, altını islatmışsan...=)

14. Qəlbimi verdim ona gizlətsin, saxlasın deyə, aparıb soyuducuya qoyub iy verməsin deyə...=)

15. Bir gün həyatdan bezib, çarəsizcə bir küncə çəkilib hönkür-hönkür ağlamaq istəsən məni çağır, yanında olmaq istiyərəm... Çünki salfet satıram bir alana biri hədiyyə!!! =)

Üzünüzdə daim təbəssüm olsun :)
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 374
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri