Gülməyə nə deyirsiz?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 540
Səs ver:
(səs: 0)
1) Baytarlıq məntəqəsində:
- Doktor, ola bilərmi ki, mənim itim infakt keçirsin ?
- Bəli. Əgər o da insan kimi bu cür dözülməz şəraitdə yaşasa , ola bilər.

2) Əzizim, gələn il bizim toyumuzun 25 illiyidir.
Məgər gümüş toyumuzu qeyd etmək istəmirsən ?
- Bəlkə beş il də gözləyək, sonra 30 illik müharibəni qeyd edək !

3) Dəmir yol çəkilişində yol mühəndisi bir kəndlinin evinə gəlib deyir:
- Dəmir yolu düz sizin evin içinden keçəcək.
- Mən bir söz demirəm, ancaq onu da bilin ki, qatar gələndə mən hər dəfə durub qapını açan deyiləm.

4) Həkim xəstədən soruşur:
- Sizin hafisəniz yaxşılaşıb ?
- Əlbəttə yaxşılaşıb ! Bəs siz kimsiniz ? Nəyə görə bu sizi belə maraqlandırır ?

5)Əzizim, biz evlənəndən sonra sənin bütün dərd, qəminə şərik olacağam.
- Sağ ol, əzizim, ancaq mənim heç bir dərdim, qəmim yoxdur.
- Dedim ki, biz evlənəndən sonra.

6) Müəllim sual verir:
- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?
Uşaq əlini qaldırır:
-Atamın da anamın da toyu təsadüfən eyni gündə olub.

7) - Alo, salam ! Mən qəzetdəki elana göre zəng edirəm. Siz fala baxırsınız ?
- Bəli !
- Bazar günü sizin yanınıza gəlmək olar ?
- Yox.
- Niyə ?
- Çünki şənbə günü yıxılıb qıçınızı sındıracaqsınız.

8) Aptekdə:
- Xahiş edirəm mənə uşaq üçün vitamin verin.
- Hansından: A, B, C – deyə aptekçi soruşur.
- Fərqi yoxdur, o onsuz da oxuya bilmir.

9) İki nəfər meşədə gedirlər.Biri bıçaq çıxarır.
- Pulun var ?
- Pul nəyinə lazımdır ? – deyə ikinci balta çıxarır.
- Heç, pulumu xırdalamaq istəyirdim.

10) Bir qoca qadın avtobusa minir.
Görür ki, bütün yerlər tutulub. Heç kim də öz yerini ona təklif etmir.
- Yəni bu ölkədə görəsən bir centlimen qalmayıb ? – deyə o dərindən nəfəs alır.
Bir nəfər:
- Centlmen istədiyin qədər var, nənəcan amma yer yoxdur.

11) Yoldan keçən piyadanı maşın vurur.
Sürücü tez maşından düşüb ona qalxmağa kömək edir və könlünü almaq üçün deyir:
- Bəxtiniz gətirib, mən sizi düz həkim məntəqəsinin qarşısında vurmuşam.
- Heç də elə deyil, buranın həkimi elə mən özüməm.

12) Bir kişi aptekə girir və satıcıya deyir:
- Sizdə baş ağrı dərmanı var ?
- Var deyə satıcı tez tabletkanı ona uzadır.
Kişi aptekdən çıxır.Bir neçə dəqiqədən sonra satıcı qız özünü tənginəfəs ona çatdırır.
- Siz o tabletkanı geri qaytarın.
- Nə olub ki ?
- Mən dərmanları səhv salmışam.Baş ağrı əvəzinə zəhər vermişəm.
- Axı mən onu qəbul etdim ?
- Onda siz əlavə pul ödəməli olacaqsınız. Onun qiyməti bahadır.

13)Qulluqçu qız qaça-qaça gəlib xanıma deyir:
- Xanım, Xanım, ərinizin halı xarab oldu !.. O əlində hesab kağızını tutub zarıyır !
- Çox gözəl, deməli mənim təzə paltarımı gətirdilər !
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri