Sənsiz bir dəqiqə 60 saniyə kimi gəlir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 227
Səs ver:
(səs: 0)
Başqa vaxt üz vermədiyi oğlanı sonra başqa gözəl qızla görəndə cinlənən məxluqa "Qız" deyilir :))))))

-Oğlum, qonaqlara salam ver, sora keç öz otağına ..
+Slm. X.g Ncs? Men exit :D

Qəşəy qızlar həmişə qonşu vaqonda olur
Metro Atalar sözləri :)))

Ərəb kanallarının birində futbola baxıram, şərhçi nə deyirsə nənəm Amin deyir =))

Messi — normal bir futbolçudan 3 qat daha sürətli qaçır,
Quaresma — normal bir oyunçudan 4 qat daha texnik vurur,
Sabri — fatal error 404 NOT FOUND.

Sənsiz bir dəqiqə 60 saniyə kimi gəlir.....

İnsanların bir birini itirmək üçün əlindən gələni etdiyi yeganə yer - "oçered" di :))

Gizli nömrə ilə zəng vurub . . .
Mənə zəng elə diyən dost . . .
Səni qınayan neçə nəfərik bilirsən?;))))

Toyda oğluna qız bəyənən analara bir kəlmə sözüm var — siz bu qızların bir də ev hallarını görün, sora qərar verim =))))

Metroda mini yubkada, ayağını ayağının üstünə aşırdıb, gözündə Calvik Klein açkisi olan, bir əlində BackBerry, o birində iPhone 4 tutub, saqqızı çeyniyə-çeyniyə oturan qızlara demək istəyirəm ki — Unutma ki hamı kimi sən də 20 qəpik verib minmisən =)))))

Facebook bağlanır: !!!
285.256.35 valideyn bəyəndi : )

Ən qeyrətli bitki göbələkdir, çünki papağı həmişə başındadı =)))

Avtobusda qızın aça bilmədiyi pəncərini qoluna güc verib, açan qaqaş
bütün diqqətləri üzərinə çəkdiyi üçün həyacandan yerindəcə keçindi :)))

Həyatda 3 qadını: Anamı, həyat yoldaşımı və qızımı sevirəm deyən oğlana
Nənəsinnən cavab gəldi: heyif o pensiyalarımnan, haram xoşun olsun haa...

Yalnız Azərbaycanda Balacaya oxşuyursan deyəndə " Vaxtında evlənsəydim sən boyda uşağım olardı " cavabı verilir :)))) 

Qar yağan günü çölə çıxanda məhlə uşağının əlində QARTOPU görən kimi "MƏN XƏSTƏYƏM HAA" deyənlər bilirəm burdasuz =))

Analara görə su stekanları 3 qrupa ayrılır:
1. Gündəlik su stəkanları..
2. Qonaqlara ayrılmış su stekanları,
3. Toxunulmazlığı olan servantdaki su stəkanları.. :)))))

Metroda Maşinistlə əlaqə düyməsini basıb "Gənclikdə saxlıyarsan" deyən qaqaş — aəə sən niyə ölmürsən))))

Hacı Dayı verdiyi müsahibədə bundan sonra anekdotlarla gündəmə gəlmək istəmədiyini açıqladı =))

Vanish xalçadakı mikrobların 99%'ni təmizləyirmiş.
Geridə qalan 1%'in göstərdiyi inanılmaz dirəşmə qüvvəsinə xüsusi alqışlar =)))

Amerikada 2 dost dava edir, 3 cu araya girir:- dostlar dava etmeyin axi biz dostuq.
Eyni hal Azerbaycanda, 3cu araya girir:
- ala ala boynuna yapiw ala ayagina gir ayagina :)))))))))))

1950 : Ey din Qardaşım
1970 : Ey Müsəlman Qardaşım
1980 : Ay Dəyərli Qardaşım
1990 : Qardaşım
2000 : Ay qaqaş
2010 : Ay Brat
2012 : Broooo :)))))

Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" deyən adama "Bizimkilər" deyilir =)))

Avtobusa hər dəfə gözəl bir qiz mindikdə yanındakı boş oturacağa oturması üçün 
dualar edən qaqaş arzusu ürəyində qaldığı üçün yerindəcə keçinmişdi =))

Azərbaycanda oğlanların bir'birinə gün ərzində verdiyi ən çox sual — "Brat, yandıranın olmaz?" =)))))))))

"I love 11" bu yazını sən də "I love on bir" kimi oxudunsa narahat olma — sən tək deyilsən :))

Uşaqlığında bir dəfə də olsun nan kurtkavın zamokunu bağlıyanda zamokun ucu çənəvin dərisini çimdikliyibsə — bizlərdənsən =))

Nauşniki taxıb ev tozsoranlıyan qız...yarım saatdan sonra telefonun zaryatkası qutardığına görə anlamışdır ki, tozsoranı hələ toka taxmıyıb =)

Avtobusda özünü qızlara göstərməkçün heç yerdən tutmuyan qaqaş şoferin tormuzu basmasıyla itkin düşüb =)))

Ən kiçik ayaq barmağının dəydiyi şkaf, itən pult, donan komp, itən set, ölüvay tərpənmiyən internet — VALLAH sizin yediyiniz söyüşləri bugünə qədər kimsə yemədi =))
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri