Gülüş dolu lətifələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 323
Səs ver:
(səs: 8)
1. Bir dəfə Bakıdan Naxçıvana uçan təyyarədə qız pilota yaxınlaşıb deyir:
Bir kişi var,özünü atmaq istəyir.Nə qədər eliyirik sakitləşmir.
Pilot soruşur ki,necə adamdır?
-Başı sarıqlı,əli-qolu sınıq,burnu qırıq
-Dəyməyin!O elə həmişə burada düşür

2. Bir dost digərinə: - Sənin ayaqqabilarinin biri niyə sari, o biri qirmizidir? – Bilmirəm, evdəki də belədi.

3. İki dost işdən evə qayıdırdı. Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm

4. Kiçik bir uşaq, hamilə bir qadının qarnına toxunaraq:
-Nə var sizin qarnınızda xala?
Qadın:
-Uşağım var,balam,deyə cavab verər.
-Sizin Uşağınızmı?
-Bəli
-Onu sevirsinizmi?
-Bəli
-Çoxmu sevirsiz?
-Bəli balam.
-Elə isə niyə yediz?

5. Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: "cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir ".
Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : " mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: " ayə qağa, nə oldu post qayını keçmədik ?

6. Bir gün bir kişi evdə oğlunu tutub döymək istəyir, oğlu da qaçır atasından əlindən gəlir mətbəxə anasının yanına və anasında deyir ona kömək eləsin. Atası da gəlir bunun dalınca mətbəxə və yenə də oğlunu döymək istəyir. Anası imkan vermir və soruşur: ay kişi, uşağı niyə döyürsən ?
Əri deyir ki, arvad bu köpəyoğlu keçən həftə mənə gərgədan demişdi. Arvadı təccüblə soruşur : keçən həftə deyibsə bəs indi niyə döyürsən ? Əri cavab verir : " arvad, 5 dəqiqə əvvəl heyvanlar haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandı ?
(səs: 8)
Şərhlər: 8
Baxılıb: 8 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri