Gəlin, gülək

Müəllif: aliceWOnDer
Şərhlər: 4
Baxılıb: 7 578
Səs ver:
(səs: 8)
Bir kişi oğlunu görməyə Bakıya gedir. Avtobusda bir qadın kişidən qoyunu göstərib soruşur:
-Qoyundu?
Kişi cavab verir:
-Yox, rüşvətdi, qoyun Bakıda oxuyur :)))

Bir gün müəllimə sual verir:
M: Səməd, 2*2 neçə edər?
S: Müəllimə, 5
M:Səhvdir, otur, 2!
S: Müəllimə, istəyirsiz sübut edim
M: Et, buyur 
S : Allahhaqqı, müəllimə  

Müəllimə: Ay qız, yenə sənin dərsini anan edib?
Qız : Müəllimə, vallah atam da mənim kimi heç nə bilmir  

Bir gün kişi evdə zümzümə edir 
K : Əzizim yarım gəlir, işvəli nazlı gəlir
Arvadi : Bu saat sənə bir dənə vuracam, təcili yardım gələcək .

İki dost söhbətləşir. İlkin Turaldan soruşur
İ: Belə çox bilirsənsə de görüm şir nərildəyəndə nolur?
T :Bilmirəm
I :Aaaa heç uşaq olmamısan? Tom and cery başlayır.

Bir gün müəllimə soruşur:
M: Ferid do you like foutbol?
F: Yes
M: Uzun cavab ver!
F: Yeeeeeeeeeeeeeeeeeees

Müəllim: Uşaqlar, kim Cənnətə getmək istəyir, əlini qaldırsın. Hamı əlini qaldırır, Mamedden başqa
Müəllim: Mamed, oğlum, sən Cənnətə getmək istəmirsən?
Mamed : Xeyr, atam deyib ki, dərsdən çıxıb birbaş evə gəl

Bir gün qıza elçi gəlirlər. Qız getmək istəmir. Atası səbəbini soruşanda qız atasına oğlanın kafir olduğunu, Cənnətlə Cəhənnəmin varlığına inanmadığını deyir. Ana mətbəxdən çıxıb, deyir:
-Qızım, sən get, mən ona cəhhənəmin var olduğunu sübut edəcəm...
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 7 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri