Hekayə

Şərhlər: 4
Baxılıb: 2 405
Səs ver:
(səs: 0)
Hekayə - Yazılı ədəbiyyat və epik növün olduqca geniş yayılmış janrıdır. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur.

Hekayə epik növün həcm etibarilə kiçik bir janrıdır. Bu janrda müəllif bir və ya bir neçə surətlə bağlı olan konkret bir əhvalatı yığcam şəkildə təsvir edir. Ədəbiyyatımızda ilk hekayələr A.Bakıxanov ("Kitabi-Əsgəriyyə") və İ.Qutqaşınlı ("Rəşid bəy və Səadət xanım") yazmışdır. C.Məmmədquluzadənin "Poçt qutusu", Ə.Haqverdiyevin "Mirzə Səfər" əsərləri hekayənin səciyyəvi nümunələridir. Hekayə janrının gözlənilməz finalla bitən forması novelladır. C.Məmmədquluzadənin "Qurbanəli bəy", Ə.Haqverdiyevin "Bomba", Mir Cəlalın "Badamın ləzzəti" hekayələri novella nümunəsi sayıla bilər.

Hekayə, nəsrlə yazıldığı kimi, nəzmlə də yazıla bilir. Nəzmlə yazılmış hekayəyə mənzum hekayə deyilir. Müstəqil mənzum hekayə ədəbiyyatımıza M.Əmaninin yaradıcılığı ilə gəlmişdir. N.Gəncəvi, A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani kimi yazıçılarımızın yaradıcılığında mənzum hekayələr vardır.

Hekayədə epiqrafdan, sitatdan geniş istifadə olunmaqla bərabər içərisində süjetə taraz gələn və onu ixtiyarınca açıqlayan, ifadələyən şeirlərdən, mahnı sözlərindən istifadə olunur.Bütün hekayələrin maraqlı məzmunu olmalıdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri