Ilk anlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 540
Səs ver:
(səs: 0)
Ağılınızı başınızdan alan ilk gülüş
Birinə aşiq olduqda həyatımız demək olar ki, yaxşı mənada tamamilə dəyişir. Onu ilk gördüyümüz anda gülümsəməsi isə heç vaxt yadımızdan çıxmır. Həmişə xatırlayırıq ki, ona baxdığımızda gözləri necə parlayırdı və sanki dunyanı yandıracaq. Bu, unudulmaz bir şeydir, bəlkə də zehnimizə qazdığımız ən gözəl andır.

Dünyadakı yeganə insan
Bu, çox adi bir anda baş verə bilər. Nəsə olur və birdən kimisə həyatında ən əhəmiyyətli şəxs kimi hiss edirsən. Heç kim səni maraqlandırmır. Hətta həmin şəxsi dünyadakı yeganə insan kimi hiss edirsən. Bəli, bu insanın həyatındakı ən əhəmiyyətli anlarından biri halına gəlir.

İlk öpüş
İlk öpüş anı həmişə maraqlı və təsvirəgəlməz hisslərlə dolu olur… Bir anlıq dünyanın dayandığını hiss edirsən. Həyat birdən tamamilə gözəlləşir. Hər şeyi unuda bilərsiniz, amma ilk öpüşünüzü heç vaxt unuda bilməzsiniz.

İlk qarşılaşma
İlk qarşılaşma çox həssas olur. Bu, elə bir andır ki, ağzından çıxan sözləri diqqətli seçirsən, özünü ifadə edə bilmək üçün əlindən gələni etməyə çalışırsan… Sizin üçün bu an onun üzündəki ifadədən, üzərindəki köynəyin rənginə qədər hər şeyi xatırladığınız bir ana çevrilər.

Özünüzü tükənmiş hesab etdiyiniz an...
Bəzən özünüzü tükənmiş hesab edirsiniz. Elə bilirsiniz ki, daha ayağa qalxa bilməyəcəksiniz. Ancaq birdən biri gəlir və sizi müdafiə edir, sizin yerinizə çətinliklərlə döyüşür və sizə güc verir. Bu an da sizin üçün dünyadaki ən unudulmaz anlardan biri olur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 540
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri