Aforizmlər

Şərhlər: 6
Baxılıb: 1 823
Səs ver:
(səs: 0)
Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən bir qulağını yumur, ondan nə üçün belə etdiyini soruşanda deyirdi: “ Bu qulağımı müttəhim üçün saxlayıram ”.

İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə çox az adam görə bilir. (İ. Höte)

Özünüzə inamınızı qırmaq istəyən adamlardan uzaq durun. (M. Tven)

Ruhdan düşüb ümidsizliyə qapılmaq ağıllı və müdrik adamlara yaraşmır. (D. Defo)

Heç kəsi bəyənməyən insan heç kəsin bəyənmədiyi insandan qat-qat bədbəxtdir. (F. Laroşfuko)

İnsanlar cəsarətlə girişdikləri işlərdə daha çox uğur qazanırlar. (U. Şekspir)

İnsan həyatın dalğa və fırtınalarına sinə gəlməlidir, bunun üçün isə dəniz sahilindəki qayalar kimi möhkəm olmalıdır. (B. Franklin)

Azadlıq xurma deyil ki, yetişməsini gözləyəsən. (R. Rza)

Xoşbəxtliyin yolu zəhmət və cəsarətdən keçir. (O. Balzak)

Namaz qılarkən onu uzatmaq istəyirəm, amma kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram, lakin onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü çox yaşı bilirəm. (HZ.MƏHƏMMƏD)

Düşüncələrimizi zorla başqalarına qəbul etdirmək həm faydasız, həm də günah işdir. (A. Klauber)

Həmişə sülh tərəfdarı ol,lakin müharibəyə də hazır ol.(Napoleon)

Ağıldan məhrum xəyal çox vaxt eybəcərlik yaradır, amma ağılla xəyal birləşəndə möcüzələr yaranır. (F. Qoyya)

Hər bir uşaq müəyyən qədər dahidir və hər bir dahi müəyyən qədər uşaqdır. (A. Şopenhauer)

Hər şey, hər şey, hətta dərdlər də köhnəlir. (Q. Flober)

İnsan dünyadan böyükdür, ancaq Yaradan ondan da böyükdür. (F. Giber)

İnsan öz atasından köməklə yanaşı, dostluq da umur. (S. Sabançı)

Hər şeyi dərk etmək olar, təkcə özünü dərk edə bilməzsən. (C. Steynbek)

Yalnız düşünərək görülən iş xeyirlə bitir. (Sokrat)

Bəd əməllərin kökü bəd fikirlərdir. (L. Tolstoy)

Mən düşünürəm, demək, mən varam. (R. Dekart)

Cismani gücsüzlük böyük fikirlərə mane ola bilməz. (Budda)

Kim öz uğruna inanırsa gec-tez onu əldə edəcək. (K.Gebbel)

Məğlubiyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. (J. Kopp)

Uğur qazanıb yolunu azmayan adam başqa uğurlar da qazanar. (H. Laski)

Ya heç nə etməyin, ya da axıracan edin. (P. Ovidi)

Dünyanı zirək və çalışqan adamlar idarə edir.(Napoleon)

Mütaliə insanı kamilləşdirir,onun nitq qabiliyyətini inkişaf etdirir.(F.Bekon)

Bilikli adam kitabı oxumur,onu tədqiq edir.(L.Vovenaqr)

Az bilib çox danışan Bədxərclik edən kasıba oxşayır. (Napoleon)

Mən səltənətimi İslam dini,qanun və nizam əsasında qurdum.(Əmir Teymur)

Qorxudan yaltaqlıq törəyir.(Demokrit)

Həqiqət qapıdan,yalan isə deşikdən girir.(Bernard Şou)

Axmaqlar həmişə eyni bir səhvə,ağıllılar isə hər dəfə yeni bir səhvə yol verirlər.(Romen Rollan)

Əziyyət çəkib yaxşılıq etsən,əziyyət keçər,yaxşılıq qalar.Pislik edib ləzzət çəksən,ləzzət gedər,pislik qalar.(Nəsirəddin Tusi)

Rüşvətxoru,oğrunu qəhrəmana çevirmək öz xalqına xəyanət etməkdir.(Heydər Əliyev)

O torpağı ki qoruya bilmədin,onu əkib-becərməyə dəyməz,o torpağı ki əkib-becərmədin,onu qorumağa dəyməz.(Anar)
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri