Ən sevimli içkimiz olan ÇAY barədə 15 Bilmədiyiniz fakt

Şərhlər: 8
Baxılıb: 2 592
Səs ver:
(səs: 0)
Biz azərbaycanlılar üçün ən vazkeçilməz içki çay sayılır. Elə buna görə də çayla bağlı bir-birindən fərqli adət və məsəllərimiz var.
Çay nədir, say nədir? Qonaqdan "çay içirsənmi" deyə soruşmazlar. Hətta evlilik öncəsi, elçilik mərasimində belə razılıq xəbərini şirin çayla bildirirlər.
Bu yazıda süfrəmizin və gündəlik həyatımızın baş tacı olan çayla bağlı bilinməyənləri nəzərə çatdırır.

1. Çayın kofedən daha çox kofeinə malik olduğunu bilirdinizmi? Amma tam da düşündüyünüz kimi deyil.
Bəli, çay kofedən daha çox kofeinə malikdir. Amma bir stəkan çay hazırlamaq üçün istifadə etdiyiniz çay miqdarı bir stəkan kofedəki kofenin faizindən olduqca azdır. Dolayısı ilə bir stəkan çay içdiyiniz zaman kofe ilə müqayisədə daha az kofein almış olursunuz. Məsələn: Bir stəkan çaydakı kofein miqdarı - 40-70 mq, bir stəkan kofedəki isə: 100-200 mq-dir.

2. Paket çay nə zaman icad edildi, sizcə? Hələ 1900-cü illərdə paket çaylardan istifadə etməyə başlamışdılar. 1901-ci ildə ilk paket çaydan istifadə edilməyə başlandı. 1908-ci ildə Thomas Sullivan adında bir amerikalı iş adamı paketləri emal etməyə başladı.
O məşhur "Earl Grey" çayı öz adını həqiqətən də Earl Grey-dən götürüb. 1764-cü ildə Earl Greyə berqamot ətirli bir çay hədiyyə edilib. Grey bunu o qədər çox sevib ki, özü də istehsal etməyə başlayıb.

3. Qara çay dəmir əskikliyinə səbəb ola bilər. Qara çay qəbul etdiyimiz qidalarda dəmiri həzm etməyimizi əngəllədiyi üçün xüsusən də hamilə qadınların içməsi böyük risk daşıyır.

4. Çay əslində bir sidik qovucudur. Çay içəndən sonra daim ayaqyoluna gedilməsinin əsas səbəbi budur.

5. Gün ərzində neçə stəkan çay içirsiz?
Çayın tərkibində flavonoid deyilən maddə var. Bu maddə xolesterolun səbəb olduğu damar pozğunluğunun qarşısını almağa kömək edir. Eyni zamanda çayın xərçəng əleyhinə də xüsusiyyətləri var, baş ağrılarını azaldır, stress və depressiyanı aradan qaldırır.
Çayın profilaktik effektini hiss etmək üçün gündə 5-6 fincan içmək lazımdır.

6. Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir. Məhz buna görə yaşıl çay günəş əleyhinə olan kremlərin, sellülit, yaşlanma əleyhinə olan vasitələrin, üz üçün xüsusi tonlaşdırıcıların və şampunların tərkibində istifadə edilir. Yaponiyalılar yüzilliklər boyu müxtəlif sortlu çay dəmləyərək dərinin müxtəlif hissələrinə və saçlara qulluq məqsədilə istifadə edirdilər.

7. Gün ərzində çox çay qəbul etmək əsəb pozğunluğu, qəbzlik, yüksək təzyiq, əl əsməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərə ziyan vura bilər. Həddindən artıq şəkərli çay içmək isə ürək damar, köklük kimi xəstəliklərə yol açır. Şirin çaydan əl çəkə bilmirsinizsə, dadlandırıcılardan istifadə edə bilərsiniz. Ümumiyyətlə, isə gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinin. Əlavə hər bir fincan çayı isə bir stəkan su ilə əvəz edin.

8. Çayın faydalarını yazdıq, amma onun orqanizmə vurduğu ziyanlar da az deyil. Tibb mənbələrindən əldə etdiyimiz məlumata görə, bu ziyanlar aşağıdakılardır:
Hər şeyin artığı ziyan olduğu kimi çayın da artığı ziyandır. Damarların sərtləşməsinə gətirib çıxarır. Mədədə turşuluğu artırdığına görə qastritə yol açır. Yeyilən yeməklərdə dəmirin tez sovrulmasına gətirib çıxarır. Əl titrəməsindən yüksək təzyiqə qədər mənfi təsirləri var. Çayla bərabər qəbul edilən şəkərin də miqdarına diqqət etmək lazımdır.
Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər.

9. Çox isti, qaynar çay içmək olmaz. Belə çay boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə - çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.

10. Yatmazdan bilavasitə əvvəl çay içməyin. Çayın tərkibindəki kofein sinir sistemini oyadır və bu da yuxuya getməyə mane olur. Digər tərəfdən çay sidikqovucu təsirə malikdir ki, bu da gecə rahat yatmağa əngəl ola bilər.

11. Qida qəbulundan dərhal sonra çay içməyin. Bu zülalların və dəmirin mənimsənilməsini pisləşdirir.

12.Spirtli içkilərdən sonra çay içmək olmaz. Bu böyrəklər üçün çox ziyanlıdır.

13. Axşamdan qalan çayı içməyin. Belə çayda artıq faydalı maddələr qalmayıb, mikrobların sayı isə əksinə çoxalıb.

14. Dərmanın üstündən çay içməyin. Bu dərmanların mənimsənilməsinə mane olur.

15. Yaşıl və qara çay orqanizmə eyni təsir edir. Burada heç bir ciddi fərq yoxdur.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri