Dünyanın ən qiymətli qoxusu hansıdır?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 322
Səs ver:
(səs: 0)

Dünyanın ən qiymətli qoxusu hansıdır?

Dünyaya yenicə göz açan balaca üçün axı ananın qoxusundan gözəl nə ola bilər?! Körpə üçün ən böyük həzz ana qoxusunu duymaqdır. 
Körpə doğulduqdan sonra belə özünü müəyyən bir müddət ana qarnındakı kimi hiss edir. Ana və körpə arasında yaranan bağlılıq doğumdan sonra da davam etdiyi üçün ana qoxusu balacanı rahatlaşdırır və ağlamasının qarşısını alır. 
Bəzi ekspertlərə görə, körpə doğulduqdan üç ay sonraya qədər özünü ana bətnindəki kimi hiss edir. Bununla yanaşı, 1 il boyunca da özünü ananın davamçısı hesab edir. Təbii ki, ilk 1 il ərzində ananın körpə üçün əhəmiyyəti mübahisə və müzakirə edilməzdir.
Psixoloqlar ana qoxusunu yeni doğulmuş körpələr üçün güvən mənbəyi hesab edir. Balaca bu qoxunu hiss edər-etməz özünün etibarlı bir yerdə olduğunu anlayır və rahatlaşır. Elə bu səbəbdən körpə dünyaya gələn kimi anasının qucağına verilir. Ağlayan uşağın da anasının qucağına gətirilməsi bununla izah edilir.
Allah heç bir körpəni bu qoxudan məhrum etməsin!...

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri