Evdə konserv hazırlayarkən bu QAYDALARA əməl edin

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 2 284
Səs ver:
(səs: 0)
Ev şəraitində konservləşdirmə zamanı qida təhlükəsizliyi.
Bir çox insan meyvə və tərəvəzləri təkcə mövsümündədeyil, qış aylarında da yemək istədiyi üçün ənənəvi üsullardan istifadə edərək, həmin meyvə və tərəvəzləri ev şəraitində konservləşdirir.
Bəzən konservləşdirmə prosesinin düzgün aparılmaması ölümlə nəticələnə bilən, tibbdə Botulizm zəhərlənməsi adlanan qida zəhərlənmələrinəgətirib çıxara bilir. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, botulizm Clostridium Botulinumbakteriyasının ifrazetdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinumbakteriyası torpaqda geniş yayılıb. Bu bakteriya yüksək temperaturadözümlü olub, havasız mühitlərdə daha fəal şəkildə çoxala bilmək qabiliyyətinə malikdir. Havası olmayan konserv bankaları bu bakteriyanın toksin ifraz etməsi üçün ən “əlverişli” mühitdir.Botulizm xəstəliyinin törədicisiturş mühitlərdə (pH səviyyəsi 4.6-dan az olan) inkişaf edə bilmədiyi üçün turşuluğu yüksək olan meyvə və tərəvəzlərdə toksin ifraz edə bilmir. Botulizm toksininə ən çox yaşıl lobya, ispanaq, göbələk, çuğundur kimi turşuluğu aşağı olan tərəvəzlərdə rast gəlinir.
Bu toksin insan orqanizminə daxilolduqda, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması),göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir.
Xəstəyə vaxtında ixtisaslaşmıştibbi yardım edilməzsə, o, dünyasını dəyişə bilər. Bu səbəbdən sadaladığımız əlamətləri (və onların hər hansı birini) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edilməli və ya "təcili yardım" çağırılmalıdır. Botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilən xəstəlikdir.Botulizm xəstəliyinə yoluxmamaq üçün ev şəraitində konserv hazırlayarkən aşağıda qeyd edilmiş gigiyena və təhlükəsizlik qaydalarına çox ciddi şəkildə əməl edilməlidir:

- Konservləşdirmə üçün istifadə edilən meyvə və tərəvəzlər diqqətlə seçilərək, axar su altında fırça vasitəsilə yaxşı yuyulmalıdır. Əks halda yaxşı yuyulmamış meyvə və tərəvəzlərdə torpaqdan həmin məhsullara keçmiş Botulizm törədiciləri qala bilər.
- Meyvə və tərəvəzlərin yığılacağı bankalar əvvəlcədənyuyulub 10 dəqiqə müddətində qaynadılmalıdır. Bunun üçün istiliyə və təzyiqə davamlı şüşəqablardan istifadə edilməlidir.
- Konserv bankalarının zədəli (sınıq və ya çatlaq ) olmamasına xüsusilə diqqət yetirilməlidir.
- İçərisi məhsullar ilə doldurulmuş bankalar 30 dəqiqə müddətində 100°C temperaturda qaynadılmalıdır.
- Hazırlanmış konservlər soyuq yerdə (soyuducu, eyvan,zirzəmi) saxlanılmalıdır.
- İstifadə etməzdən öncə konserv bankaları baxışdan keçirilməlidir. Bankası zədələnmiş (sınmış və ya çatlamış), qapağı şişmiş konserv məhsulları istifadə edilməməlidir.
- İçərisindəki maye köpüklənibsə, məhsulun rəngində və qoxusunda dəyişiklik varsa, həmin konserv məhsulları istifadə edilməməlidir.

Qeyd etmək lazımdır ki, yalnız ev şəraitində hazırlanan konservləri deyil, ticarət şəbəkələrində satılan sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən dükanlarda tərəvəz, balıq, ət və s. konservləri aldıqda qablaşmaya fikir verilməlidir; məhsul təzə olmalı (yararlıq müddətinə fikir verilməli), qapağı"şişməməli", metaldan olan konserv bankasının üzərində batıq yerləri olmamalıdır. Metal bankalarda olan balıq vəət konservləri açıldıqdan dərhal sonra digər qaba qoyulmalıdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri