Bədəni yoran vərdişlər

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 1 723
Səs ver:
(səs: 1)
Yuxusuz qalmaq
Hüceyrələrin bərpasından və yenilənməsindən problemli olan melotonin qaranlıqla, təxminən 23:00-05:00 aralığında ifraz olunur. Az yatan insanlarda isə lazım olan qədər ifraz olmayaraq yorğunluğa yol açır. Melotonin hormonunun ifra olunması və hüceyrə bərpası üçün hər gün 6-8 saat yatmaq çox əhəmiyyətlidir. Həmçinin şənbə günü gec yatıb, bazar günündə gec oyanmaq, yuxu nizamını və bədən ritmini pozur.

Günə yemək yemədən başlamaq
Gecə yatarkən bədənimiz enerji itirməyə davam edir. Qaraciyərdə yığılan enerji (glikojen) qismən boşalır. Səhər saatlarında da bədən qismən boşalmış olan enerjini doldurmaq istəyir. Əgər səhər yemək yeməsəniz, bədən enerji qəbul etmədiyi üçün qan şəkəri düşər və gün boyu özünüzü yorğun hiss edərsiniz.

Hərəkətsiz həyat tərzi
Enerji xərcləmək yerinə hərəkətsiz həyat tərzi keçirən insanlar çox vaxt halsız olurlar. ABŞ-da Georgia Univeritetində edilən çalışmada, nizamız yaşam tərzi keçirən bir qrupun 20 dəqiqə məşq etdiklərində, halsızlıq əlamətlərinin 6 həftədə azaldığını açıqlamışdır. Nizamlı məşq, halsızlıq və yorğunluğun yox edilməsinin yanında ürək və damar sisteminin daha sağlam işləməsini təmin edir.

Tətilə çıxmaq
Ciddi iş rejimi beyini yorur. Bu vəziyyət tətil ehtiyac olduğunu göstərir. Çünki tətil beyni və bədəni istirahət etdirir. Ancaq tətildə işlə bağlı heçnə düşünməmək, texnologiyalardan uzaq durmaq lazımdır. Yoxsa tətilin heç bir mənası qalmaz.

Qəhvə və çayı gec saatlarda içmək
Bir çoxumuz kafeinli içkilərə üstünlük veririk. Üstəlik axşam saatlarında içdiyimiz kafeinli içkilərin yuxu keyfiyyətini pozduğunu da unutmayın. Bu cür içkiləri yatmazdan ən az 6 saat əvvəl içməyinizi tövsiyə edirik.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 723
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri