Falçılar necə olur ki, doğru xəbər verirlər? - Sirri bu imiş!

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 3 462
Səs ver:
(səs: 0)
Şübhə yoxdur ki, cadugərlik, falçılıq və ya ekstrasenslik ən böyük günahlardandır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici(içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90)

Həmçinin peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi əməldən çəkinin!" demişvə onlardan birinin də sehr olduğunu qeyd etmişdir". (Buxari, Muslim).Qeybi (gələcəyi) Uca Allahdan başqa heç kim bilmir. Uca Allah buyurur: "De:"Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65)."De: "Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!" (əl-Əraf, 188).Bəs necə olur ki, bəzən falçılar doğru məlumat verir? Bu məlumat çox vaxt qeybə aid yox, insanın bilmədiyi, amma şeytanların bildiyi şeyə aid olur. Məsələn, kimsə falçının yanına gələndə şeytanlar həmin insan haqqında məlumatları digər şeytanlardan (həmçinin falına baxdığı insanın şeytanından) öyrənir və falçıya vəsvəsə edərək bildirirlər. Falçı bu məlumatı həmin insana dedikdə o, təəccüblənir. Məsələn, onun şəxsi həyatı haqqında məlumatlar, və ya "sənə cadu edən filankəsdir", "itirdiyin əşya filan yerdədir" və s. Şeytanlar göydəki mələklərin gələcək işlər haqqında söhbətinə qulaq asa bilmirlər. Uca Allah buyurur: "Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar". (əs-Saffət, 8).Gələcək haqqında verdikləri xəbərlər isə yerə enən mələklərdən eşitdikləri, bir doğruya yüz yalan əlavə edilmiş sözlərdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Həqiqətən, mələklər buludların içində yerə doğru enir və göydə verilmiş qərar bərəsində söhbət açırlar. Bu vaxt şeytanlar mələklərə oğrun-oğrun qulaq asırlar, sonra da eşitdikləri adda-budda sözləri, üstəlik özlərindən uydurduqları yüz yalanı da bu doğru xəbərlə yanaşı kahinlərə təlqin edirlər". (Buxari, 3210).Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim kahinin yanına gedər və onun söylədiyini təsdiq edərsə Muhəmmədə nazil olana küfr etmişdir". (Tirmizi).Uca Allah Quranda dəfələrlə şeytanın insanın düşməni olduğunu bildirmişdir. Şeytanlar insan üçün xeyir istəməz, bu səbəbdən doğru məlumata 100 yalan qoşar, insanı küfrə, Cəhənnəm əzabına və günahlara sürükləmək üçün vəsvəsə verirlər.Cadudan qorunmaq üçün dua yazdırmaq lazım deyil.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri