Dərin mənalı fikirlər

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 969
Səs ver:
(səs: 0)
1) Sevgi elə bir məfhumdur ki, kimlə? Harada? Necə? Suallarına cavab verməz.

2) Yaradıcılığı olmayan insan keçmişin əsarəti altında “Bu gün”ü yaşayar və keçmişin eynisi olan bir gələcək yaradar.

3) Əgər kişilərin sizin xarici görünüşünüzə görə gedil, qəlbinizə görə sevmələrini istəyirsinizsə, eyni ilə elə davranmalısınız !

4) Ağlınızı itirəcək qədər heç kimsəni sevməyin! - Bir gün ağlın yoxdur deyə tərk edilə bilərsiniz.

5) Sevilən qadın xoşbəxt, sevgidə uğuru olmayan isə hədəfində uğur qazanmış olur.

6) Yaşamın ağrı acılarına tab gətirmək üçün gərək bacardığın qədər güclü olasan.

7) Qadın kişinin gücünü qadınlığını hiss etməsi üçün istər, ancaq qadın nəsə göstərmək istəsə, ona mane ola bilməzsəniz, etmək istədiyi bir şey varsa, mütləq edəcək.

8) Sevənlər bir birlərinin görsənməyən tərəflərini tanıyacaq qədər bir birlərini tanımırlar.

9) Həyatını başqaları üçün oynayarsansa, zamanla öz gözünlə özünə deyil də başqalarının gözüylə özünə baxmış olarsan.

10) Kiçik bir müvəffəqiyyət böyük bir plandan daha yaxşıdır. İnsanlar mücərrəd qabiliyyətlərinə görə inkişaf edir, konkret nəticələrə görə şöhrət qazanır. Həyatda yalnız bir müvəffəqiyyət vardır, o da həyatı istədiyin kimi yaşamaq.

11) Əgər sənin hədəfin yoxdursa, insanlar səndən lazım olanı alıb öz hədəflərinə çatacaq.

12) Hər dahinin bir fikri sizi yalnız öyrədər, lakin sizin fikriniz sizi hədəfə çatdırar.

13) Qəlbinizdə sevgi hissi yoxdursa, sevgiyə gedən yolu heç bir zaman tapa bilmyəcəksiniz.

14) Qəlbi ilə yaşayan məntiqini hərəkətə keçirməyən qadının sevgidə uğuru az olar.

15) Bəzən şəxslər arası münasibətdə insanlar sevgiylə bağlılığı səhv salarlar. Bu isə sevdiyin insanı deyil də məcbur olduğun insanı sevməyə gətirib çıxardar.

16) Xoşbəxtlik sən özünsən bunu başqalarında axtarmayın .

17) Özünü xoşbəxt sanırsansa, “Xoşbəxt olmaram “ düşüncəsi ilə özünü kökləmə.

18) İnsanların görünən tərəflərinə deyil də, görsənməyən tərəflərinə fokuslanın, insanların gizli fikirləri onları yaxşı davranmağa sövq edir.

19) Bəzi xanımlar xariclərini, bəziləri isə daxillərini bəzəyər, lakin göz görər, duyğular hərəkətə keçər.

20) Bir qadının nələr edə biləcəyi, kişi ağlı xəyal edə bilməz. Yaradıcılığının sərhədi yoxdur, amma bunu aşkara çıxarmaq üçün həyatının sevgisini gözləyər.

21) Kişi məntiqindən, qadın qısqanclığından imtina etsələr, xoşbəxt olarlar.

22) Kişilər ilk görüşdə iş və uğurları, qadınlar isə hər şeydən öncə qarşılıqlı münasibətləri ilə özlərini təsdiq edərlər.

23) Kişilər üçün uğur qadından daha çox pul qazanmaq, qadın üçün isə belə bir kişini tapmaqdır.

24) Kişilər özlərini tanıtmaq üçün bütün xarakterlərini ortaya qoyarlar, xanımlar isə özünü tanıtmamaq üçün kişinin özünü tanıtmasına imkan yaradarlar.

25) Kişilər öz güvəni olan, lakin mərhəmətli bir qadını sevərlər.

26) Hər qadın bir kişinin əsəridir, çalışın əsərinizi gözəl sərgiləyin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri