Mirvarilər nəyi simvolizə edir?

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 5 557
Səs ver:
(səs: 0)

 

Qədim misirlilər mirvarilərə özləri ilə birlikdə dəfn edilə biləcək qədər dəyər vermişlər. Rəvayətə görə Markus Antoniusa bəhsdə qalib gələn Kleopatra bir ölkənin varlığını uda biləcəyini göstərmək üçün bir qədəh şərabın içərisində mirvari əridərək içmişdir.
Qədim Romada mirvarilər zənginliyin  simvolu kimi qəbul olunurdu. Yunanlar isə gözəlliyinə, sevgi və evliliyi ifadə etdiyinə görə mirvarini çox dəyərləndirirmişlər.
Əsrlər əvvəl zədəganlar döyüşə gedərkən özləri ilə mirvari aparırmışlar. Çünki onlar mirvarinin özlərini zərərdən qoruduğuna inanırdılar.
İnsanların fikrincə mirvari ayın simvolu olmaqla yanaşı sehrli gücə də malik idi. Romada yalnız müəyyən rütbəyə malik insanların mirvari taxmasına icazə verilirdi.
Mirvari sözünün Latınca mənası "bənzərsiz" deməkdir və bu, iki mirvarinin bir-birinə bənzəmədiyini ifadə edir.
Mirvarilər həm də saflığı və məsumluğu ifadə edirmiş. Hindlilərin dinində evlilik mərasimi zamanı mirvarinin hədiyyə edilməsi qədim zamanlardan adet halına çevrilmişdir.
 "Ayın gözyaşları" olaraq da adlandırılan mirvari, cənnətin buludlarından keçən mələklərin izlərinə bənzədilirdi. Qədimdə bir çox xalqların mədəniyyətində mirvarinin ürək və bir çox xəstəliklərə qarşı müalicəvi əhəmiyyətinin olduğuna inanılırdı.
Hansı rəng mirvari nəyi simvolizə edirdi?
Ağ mirvari: Sağlamlığı
Krem rəngli mirvari: Xoşbəxtliyi
Açıq çəhrayı mirvari: Sevgini
Bənövşəyi mirvari: Sərvəti
Qara mirvari: Müdrikliyi təmsil edirdi

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri