Rəqəmlərin tarixi

Müəllif: Üzel..
Şərhlər: 5
Baxılıb: 20 687
Səs ver:
(səs: 7)
Bizim istifadə etdiyimiz rəqəmlər ərəb rəqəmləri adlanır. Bu rəqəmlərin köməyi ilə istənilən ədədi rahat ifadə etmək olur. Siz üçrəqəmli ədədi görəndə bilirsiniz ki, sağdan birinci rəqəm təkliyi, ikinci – onluğu, üçüncü isə yüzlüyü bildirir. Ona görə də rəqəmlə ifadə olunmuş ədədi oxuya bilirsiniz: 462 – dörd yüz altmış iki. Beləcə, dörd, beş, hətta onrəqəmli ədədi yazıda ifadə etmək və oxumaq mümkündür.

Ədədlərin bu cür yazılışı 1500 il əvvəl Hindistanda icad olunmuşdur. Ərəblər bu say sistemini hindlilərdən, başqa xalqlar isə ərəblərdən mənimsəmişlər. Bu rəqəmlər icad olunduqdan 500 il sonra Avropa xalqları da ərəb rəqəmlərindən istifadə etməyə başladılar. Ərəb rəqəm sisteminin geniş yayılmasında müsəlman alimi Xarəzminin böyük rolu olmuşdur.

Ərəb rəqəmləri ilə tanış olana qədər avropalılar Roma rəqəmlərindən istifadə edirdilər. Roma rəqəm sistemində I – təkliyi, V – beşliyi, X – onluğu, L – əlliliyi, C – yüzlüyü göstərir. 100-ə qədər bütün ədədləri romalılar bu beş rəqəmin köməyi ilə ifadə edirdilər. Məsələn, yeddi ədədini yazmaq üçün onlar beşliyin (V) sağına iki təklik (I) artırırdılar: VII. Doxsanı ifadə etmək üçün yüzlüyün (C) soluna bir onluq (X) yazırdılar: XC.

Roma rəqəmləri ərəb rəqəmlərindən min il əvvəl icad olunmuşdu. Lakin o, mürəkkəb olduğundan bu gün bütün xalqlar, əsasən, ərəb rəqəm sistemindən istifadə edirlər. Bu gün Roma rəqəmləri sıra saylarını, məsələn, əsrləri ifadə etmək üçün işlənir: “Biz XXI (iyirmi birinci) əsrdə yaşayırıq.”
(səs: 7)
Şərhlər: 5
Baxılıb: 20 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri