Dünyanın ən çətin və maraqlı peşələri

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 1 637
Səs ver:
(səs: 0)
Dünyada bizim bilmədiyimiz yüzlərlə peşə var. Müxtəlif ölkələrdə, fərqli adətlərə xidmət edən insanlar tərəfindən davam etdirilən bu maraqlı peşələr eşidənləri təəccübləndirir. Siz hələ də öz peşənizdən şikayət edirsinizsə, yaxşı olardı ki, bir də bu peşələrdə çalışan insanlardan xəbərdar olasız.

Sizə dünyanın ən çətin və maraqlı peşələrini təqdim edirik:

1. Hindistanda qeyri-adi peşələrdən biri də qulaq təmizləməkdir. Yalnız Hindistanda rast gələ biləcəyiniz bu peşə sahibləri ictimai yerlərdə xüsusi olaraq qulaq təmizləmək üçün fəaliyyət göstərir. Onu da qeyd edək ki, bu peşə nəsildən – nəsilə ötürülərək qorunub saxlanılır.

Dünyanın ən çətin və maraqlı peşələri


2. Banqladeşdə əlavə xərc tələb etdiyindən kanalizasiya təmizləyən işçilər xüsusi geyimlərlə təmin olunmayıb. Onlar öz işlərini məhz bu vəziyyətdə yerinə yetirir.



3. Yaponiyada hələ də mövcud olan bu peşə həqiqətən sizi fikrinizdən daşındıracaq. Əksər hallarda 30 yaşa qədər insanlardan ibarət bir qrup ictimai yerlərdə kürəklərinə bağladıqları “səyyar tualet” gəzdirir.



4. Çinin şimalında yerləşən Taiyuan əyalətində tikinti firmaları ərazidə sökülməsi gərəkən yerləri hələ də asfalt dağıdan qurğu vasitəsilə sökür. Bunun səbəbi firmaların ağır texnikaya külli miqdarda pul xərcləmək istəməməsidir.



5. Yaponiyada elektrik işçisi elektrik naqillərini yoxlayır.



6. Amerikada maliyyə problemi yaşayan ofis rəhbəri işçilərini alternativ üsullarla bir otaqda yerləşdirib.



7. Hindistanda daha bir maraqlı peşə. Ölü balıqları təmizləmək. İnsanlar çaylardan və göllərdən ölmüş balıqları tək-tək təmizləyir.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri