Əfsanəvi Nokia zənginin tarixi

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 1 687
Səs ver:
(səs: 0)
Dünyaca məşhur olan Finlandiyanın telefon markası “Nokia” 1865-ci ilin 12 may tarixində Fredrik Idestam, Leo Mechelin və Eduard Polón tərəfindən yaradılmışdır. Hətta bizim ölkədə belə hər ailədə mütləq ki bir Nokia olmuşdur, indi də istifadə edən şəxslər var təbii ki. Bu postumuzda sizə həmin markanın məşhur melodiyası “Nokia tune” haqqında məlumat verəcəyik.

Original adı “Qrand Vals” olan məşhur “Nokia tune” ispaniyalı klassik gitarist və bəstəkar Francisco Tarrega tərəfindən 1902-ci ildə yazılmışdır. 1990-cı illərdən isə Nokia markasının zəngi kimi istifadə olunur.

Bu musiqi ilk dəfə 1992-ci ildə Nokia 1011-in reklam çarxında 3 saniyə istifadə olunmuşdur. Daha sonra 1993-cü ildə “Qrand vals” Nokia şirkəti tərəfindən alınaraq “Nokia tune” adlandırılmağa başlamışdır.

1994-cü ildə ilk dəfə olaraq Nokia 2110 modelində zəng musiqisi olaraq təqdim edilmişdir. Telefonda ilk olaraq bu musiqinin adı “type 7” olaraq yazılmışdır, bəzi modellərdə isə “type 13” olaraq göstərilirdi. 1997-ci ildə Nokia 6110 təqdim olunan zaman musiqiyə xüsusi olaraq “Nokia Tune” adı verildi.

Bu günümüzdə müasir smartfonlarımızda bu musiqi zəng musiqiləri bölməsində yer almışdır. Bəstələndiyi zaman diqqət cəlb etməyən musiqinin illər sonra bu qədər məşhur olacağını kimsə düşünə bilməzdi, hətta bəstəkar belə.

Postdakı videoya daxil olaraq Nokia melodiyasının tarixdən bu günə qədər olan dəyişimini dinləyə bilərsiniz.

İşlətdiyiniz ilk Nokia modelini şərhə yazmağı unutmayın
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri