İki beynimiz var imiş - Alimlərdən KƏŞF

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 217
Səs ver:
(səs: 0)
Bədənimizdə ikinci beyin kəşf edilib.

Qadınla.com xəbər verir ki, bununla bağlı avstraliyalı alimlər araşdırma aparıb.

Araşdırma zamanı bağırsaqlarda sinxron şəkildə işləyən bir beynin mövcud olduğu qənaətinə gəlinib. Avstraliyalı tədqiqat qrupu bağırsaqların beyindən və onurğa iliyindən müstəqil olaraq işlədiyini açıqlayıb. Onların fikrincə, bağırsaqlar yaydığı elektrik dalğası ilə qidaların həzm sistemində fəaliyyətini təmin edir və bütün bunları sinxron şəkildə həyata keçirən isə bədəndəki ikinci beyindir. Alimlər ikinci beynin kəşfi ilə bağırsaqların qarışıq quruluşunu daha yaxşı anladıqlarını bildirib.

Bağırsaq sinir sistemi bağırsaqların hərəkətinə nəzarət edən milyonlarla neyrona malikdir. Lakin bu mexanizm bu vaxta qədər alimlərin diqqətindən qaçıb.

Bu mexanizmin anlaşılması üçün Flinders Universitetinin bir qrup alimi öldürdükləri siçanın qalın bağırsağındakı 400 min neyronu incələyib. Alimlərin fikrincə, bu araşdırma bağırsaq xərçəngi kimi xəstəliklərin müalicəsində kömək edəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri