Ağcaqanadlar daha çox hansı insanları seçirlər?

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 254
Səs ver:
(səs: 0)
Yaponiyada aparılan bir araşdırmaya görə, ağcaqanadların qan qrupu 0(I) olan insanları dişləmə ehtimalı, qan qrupu A(II) olanları dişləmə ehtimalından iki qat daha yüksəkdir. Tədqiqatçılar, ağcaqanadlar üçün 0(I) qrupu qanının daha "ləzzətli" olduğunu bildirdilər.

Qadınla.Com bildirir ki, ağcaqanadlar, insanın hansı qan qrupundan olduğunu isə, insan vücudunun ifraz etdiyi bəzi maddələr vasitəsilə müəyyən edirlər.ABŞ-da aparılan bir araşdırmaya görə, ağcaqanadlar gecə vaxtı digər vaxtlardan 500 qat daha çox hərəkətli olurlar. Aydın bir gecə vaxtı, xüsusilə qürub və şəfəq vaxtında, yemək axtaran dişi ağcaqanadlar tərəfindən dişlənmə ehtimalınız çox yüksəkdir.

Nəfəs verərkən atılan karbondioksid və laktik turşu kimi maddələr, ağcaqanadların ovunu daha asan tapmasına yardımçı olur. Buna görə, əgər qaçırsınızsa,ya da idman edirsinizsə, daha sürətli nəfəs aldığınız və verdiyiniz üçün dişlənmə riski daha yüksəkdir.

Bundan əlavə, mütəxəssislər tünd rəng paltar geyinənlərin, açıq rəng geyinənlərə nisbətən, ağcaqanadları daha çox cəlb etdiyini qeyd edirlər. Ağcaqanadların ən çox sevdikləri iki rəng qara və qırmızıdır. Ən bəyənmədikləri rəng isə sarıdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri