QARANLIQ HƏQİQƏTDİR

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 1 870
Səs ver:
(səs: 0)
Mən altmış il əvvəlin qocası, indinin cavanıyam, çağa olub yoxa çıxacam az qalıb. Ad günümdə sönən şamları üfürüb yandırdım elə indicə. Gözlərimi qamaşdıran qaranlığın düz ortasında küncə qısılmışam. Nəfəsimin istisindən günəş belə sönmüşdü. Bir az öncə ayna gəlib düz qabağımda durdu sonra diqqətlə üzümə baxıb ləkələrini silib çıxıb getdi. Pərdələri bağladım ki evin qaranlığı küçəyə düşməsin. Gecə küçəyə çıxanda hər tərəf işıq idi, göz gözü görmürdü. Əlimdəki fənəri yandırıb ətrafa qaranlıq saldım biraz. Şəhərin ortasında təklik çox qalabalıq görsənirdi. Başımı qaldırıb yerə baxdım cansıxıcı idi. sonra başımı aşağı salıb göyə dikdim gözlərimi, küləyin sovurduğu bir iki bulud ilişdi ayağıma. Bir iki yoxluq sataşdı gözümə. Burda varlıqlar yoxluqlara yox, yoxluqlar varlıqlara ibadət edirdi. Doğrular heç kimə lazım deyidi. İnsanlar həqiqətin onları nə qədər əldən salıb bədbinləştirdiyinin fərqində idi. Təpənin arxasında gizlənən əxlaqa gedən yolda dəfələrlə həqiqətlərin təcavüzünə uğramışdı mənlikləri. Mən görməmək üçün gözlərimi açanda 82 yaşlı bir insan idim. Məni təmizləyib bələdilər sonra da ilk beşiyimə qoydular. Saatlarsa ən böyük yalançılardır. Saatlar zamanı icad edərkən yalandan dedilər ki zaman irəli gedir. Saatlara baxıb aldandıq biz də.əslində zamanın da bir sonu var, 0 dan başlayıb sonsuza getmir zaman, saatların dediyi kimin. Geri sayım davam edir... Yaşın 1 dən 82 yə yox 82 dən birə gəlir əmin ol. Geri sayım davam edir... Orta dediyiniz yer əslində kənarların hegemonyasının mərkəzə sıxışdırdığı bir küncdür. Dünyanın əsil teması qaranlıqdır işıq isə cisimlərin həcmi qədərdir.Yerin işığı günəşin həcmi qədərdir.

QARANLIQ HƏQİQƏTDİR. VӘ BİZ HӘQİQӘTİ DÜŞMӘN BİLİB ONDAN QORXURUQ. YUXARIDA OXUYUB FANTASTİKA SAYDIQLARIN İSƏ ӘSL REALLIQLARDIR ƏSLİNDƏ. İNSANSA AĞLININ KӘSMӘDİYİ HӘRŞEYİ NAĞIL ADLANDIRIR SADӘCӘ.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri