Səbrlisən?! – TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 199
Səs ver:
(səs: 1)

 

Başqa insanların fikrini dinləyirsən? Ona hörmətlə yanaşmağı bacarırsınız? Səbrli insansınızmı?
Bunu yoxlamaq üçün sizə test təqdim edirik. Ümid edirik ki, səbrinizin hansı vəziyyətdə olduğunu ölçüb bundan nəticə çıxaracaqsınız.
Qeyd: Suallara tez və düşünmədən cavab verin.
1. Sizə elə gəlir ki, ağlınıza çox gözəl bir ideya gəlib. Lakin bunu heç kəs bəyənmir və dəstəkləmir. Bu zaman siz kədərlənirsiniz?
a) Bəli
b) Xeyr
2. Siz dostlarınızla görüşürsünüz və kimsə söyləyir ki, oyun başlasın. Siz nə təklif edərdiniz?
a) Bu oyunda ancaq yaxşı oyunçular iştirak etsin
b) Eybi yox, oyunun qaydalarını bilməyən də, iştirak etsin
3. Sizə xoş olmayan xəbəri sakit bir şəkildə izləyə bilərsiniz?
a) Bəli
b) Xeyr
4. İctimai yerlərdə sərxoş insanların peyda olması sizi qıcıqlandırırmı?
a) Başqa insanlara heç bir narahatçılıq törətmirlərsə və sərhədləri aşmırlarsa, bu mənə qətiyyən təsir etmir.
b) Özünü idarə edə bilməyən insanlara həmişə nifrət etmişəm
5. Başqa peşənin, mövqeyi sizinlə eyni olmayan insanlarla asan ünsüyyyət qura bilirsinizmi?
a) Bunu etmək mənim üçün çətindir
b) Mən belə şeylərə fikir vermirəm
6. Sizə edilən zarafatlara necə reaksiya verirsiniz?
a) Mən nə zarafat, nə də zarafatcıl insanları sevirəm
b) Zarafat xoşuma gəlməsə də, eyni reaksiya ilə cavab verərəm
7. Bu fikirlə razısınızmı ki, “insanların çoxu öz yerində oturmur və özişini görmür” ?
a) Bəli
b) Xeyr
8. Hansısa tədbirə ya da məclisə dostunuzu da özünüzlə birlikdə gətirirsiniz və o, bütün kompaniyanın diqqət mərkəzinə çevrilir. Buna münasibətiniz necə olar?
a) Sözün düzü, bu mənə pis təsir göstərər. Çünki bütün diqqətlər mənim deyil, onun üzərindədir
b) Mən sadacə olaraq sevinə bilərəm
9. Qonaqlıqda yaşlı bir insanla oturmusunuz. O, yeni nəsli tənqid edir, köhnə nəsli tərifləyir və nümunələr gətirir. Bu zaman siz nə edərsiniz?
a) Mülayim bir şəkildə üzr istəyib ordan uzaqlaşaram
b) Mübahisə edərəm
İndi isə ballarınızı hesablayın: 1b, 2b, 3b, 4a, 5b, 6b, 7b, 8b, 9a (digər variantı seçmisinizsə, boş buraxın, yəni, 0 ball hesablayın)
Nəticə
0 – 4 ball: Siz zarafatcıl deyilsiniz. Bağışlayın, amma çox tərssiniz. Belə bir təəssürat yaranır ki, siz fikir və mövqeyinizi insanlara sırırmaq istəyirsiniz. Tez-tez səsinizin tonunu yüksəldirsiniz. Belə bir xaralterlə insanlarla norml ünsiyyət, münasibət qurmaq çətindir. Onlar sizi sizin etdikləriniz və dediklərinizlə razı olmaq məcburiyyətində deyil. İnsanları özündən çıxartmayın.
6 – 12 ball: Fikirlərinizin üstündə qətiyyətlə durmağı bacarırsınız. Buna baxmayaraq siz insanlarla dialoq zamanı, həqiqəti ayırd edərək öz fikrinizi (səhv fikrinizi) dəyişə bilərsiniz. Hərdən olur ki, həmsöhbətinizə qarşı çox laqeyd davranır və hörmətsizlik edirsiniz. Belə olan halda siz mütləq həmsöhbətinizə qalib gələ bilərsiniz. Çünki o, həssas xarakterli insan ola və bundan küsə bilər. Sizcə, dürüst və vicdanla qalib gəlmək qalarkən cığallıq edərək udmaq düzgündürmü?
14 – 18 ball: Əminliyinizlə ağlınız bir-birinə uyğundur. Siz ilk baxışdan düzgün qərar verə və nəticə çıxara bilərsiniz. Hətta onu dəstəkləməsiniz belə. Özünüzə qarşı hədsiz dərəcdə tənqidi münasibət göstərirsiniz. Eyni zamanda böyük ustalıq və taktika ilə qarşıdakı insanın səhv düşüncələrini dəyişdirmək qabiliyyətinə maliksiniz. Bu baxımdan sizi səbrli insan kateqoriyasına daxil etmək olar.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri