Yuxudan erkən oyananlar enerjili olurlar

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 1 287
Səs ver:
(səs: 0)
Səhər erkən yuxudan oyanmaq sağlamlığa yaxşı təsir edir. Alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, erkən oyanmanın mənəvi və fiziki cəhətdən faydalı cəhətləri var.

Qadınla.com bildirir ki, tezdən yuxudan oyananlar gün ərzində daha enerjili olurlar. Gec yatıb səhər yuxudan oyana bilməyənlər isə günboyu özlərini yorğun hiss edirlər. Onlar vaxtı düzgün bölə bilmədiklərinə görə dostları ilə görüş və əyləncələri qaçırırlar.

Yuxudan nə vaxt oyanmaq həm iş həyatına, həm də şəxsi həyata yaxşı təsir edir. Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alimlər bunun səbəbini səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər. Bu hal tezdən oyananlarda depressiya riskini xeyli azaldır. Araşdırmalar göstərir ki, gec yatıb səhər yuxudan oyanmaqda çətinlik çəkənlər yeniliyə meyilli olur, gün ərzində daha çox fast-fud və şirniyyat yeyirlər. Tez yatıb erkən oyananlar isə günboyu özlərini enerjili və tox hiss edir, ona görə də meyvə və tərəvəzlərlə qidalanmağa üstünlük verirlər.

Araşdırmalar sübut edib ki, səhər erkən oyananlar çətinliklə üzləşəndə onu çox sakit şəkildə yoluna qoya bilirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri