Ziqmund Freydin tarixdə iz qoyan 15 hikmətli sözü...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 297
Səs ver:
(səs: 0)
Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesi ilə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətlərilə ört-basdır edəcək.

3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları yaşadıqları evdə kiçik bir otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verirlər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdilər. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özü ilə daşıyıb.

Freydin tarixdə iz buraxmış 15 ən məşhur sözünü təqdim edirik.

1. Bir insana vaz keçilməz olduğunu hiss etdirsəniz, ilk vaz keçəcəyi insan siz olacaqsınız.

2. Düşünə bilən hər kəsin insan olması, insan olan hər kəsin isə düşünə bilməsi anlamına gəlmir nə yazıq ki.

3. Hər kəs yaxşı insan axtarır, seçimində yanılmamaq üçün, lakin heç kim cəhd etməz yaxşı insan olmaq üçün.

4. Bədbəxtliyi dadmadan xoşbəxt olmaq istəyirsən, lakin nələrin səni bədbəxt etdiyini bilmədən necə xoşbəxt olacaqsan?

5. Yalan danışan birinə əsla əsəbiləşmirəm, lakin yalanı ifşa olunacaq qədər olan birinin məni aldatmağa cəhd etməsinə əsəbiləşirəm.

6. Üzr istəmək sizin haqsız olduğunuzu bildirməz, qarşınızdakı insana verdiyiniz dəyərin sizin eqonuzdan daha yüksək olduğunu göstərir.

7. Bir insan bir yerə baxırsa, zehni bir şeylə məşğuldur deməkdir. Bir insan bir yerə heç baxmırsa, kəsinliklə orada ilgiləndiyi bir şey vardır.

8. Azadlıq mədəniyyətin insana verdiyi bir dəyər deyildir, heç mədəniyyət yoxkən insan daha azad idi.

9. Heç bir insan birlikdə olmaq istəməyəcəyi qızla yaxın dost olmaq istəməz.

10. Sevgi yoxdur, libido vardır (cinsi istək red.)

11. Ensest yaxınlıq (öz yaxını ilə yaxınlıq) insanın içində yatan bir hissdir. Bu hiss heç vaxt oyanmaz, əgər oyanarsa, dəhşətli şəkildə oyanar.

12. Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır.

13. Əslində unutmaq bir acını hiss etməmək deməkdir. Çünki olanları zehni olaraq unutmaq fiziki qanunlara görə mümkün deyildir.

14. Bir insanı unuda bilərsən, onun sənə nələr etdiyini də unuda bilərsən, amma o insanın sənə nə hiss etdirdiyini əsla unuda bilməzsən.

15. Qəribə deyilmi? Birini işarə edərkən, günahlandırarkən işarət barmağımız onu, digər üç barmağımız isə bizi göstərir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri