Namusu olmayan, bakirə qız.(Müzakirə)

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 6 989
Səs ver:
(səs: 0)

Yaşadığımız həyatın çətinlikləri araslnda ən tez-tez rast gəlinən problemlərdən biri qadın və kişi münasibətlərində baş verən münaqişələrdir. Əlbəttə ki bu məsələni dünyəvi dəyərləndirsək, elə də nadir rast gəlinən bir mövzu deyil. Amma mən düşünürəm ki bu problemə bizim yaşadığımız ölkədə çox ciddi yanaşılmalıdır. Çünki bir sıra xarici ölkələrlə müqayisədə bizim yaşadığımız ailə mühitində olan cinsi münasibətlərə çox ciddi yanaşılır. Belə ki, ən azından yeni qurulan ailədə ilk növbədə qadın namuslu olmalıdır. Bu namuslu sözünü işlədərkən, mən konkret qadın bakirəliyini nəzərdə tuturam. Çünki qadının bakirəliyi onun paklığının göstəricisidir. Bu hal isə nəinki bizdə eləcə də müsəlman və bir sıra digər ölkələrədə də əsas tutulur. Düzdü bəzi xarici ölkələrdə bu məsələyə elə də ciddi önəm verilmir. Yəni ki namuslu olmaq onlarda bakirəliklə ölçülməsə də,amma önəmli olan onlar üçün qadının şəxsi münasibətlərdəki rolu və qarşılıqlı fikir anlaşmasının olmasıdır.
Amma bəs gəlin bir az da dərindən fikirləşək, görək tək bakirəliyin qorunması bəs edirmi ailənin gələcək təməlinin möhkəm olmsaına, hal-hazırdakı dövürdə o zəmanət verirmi qadının namuslu olub olmamağına. Gəlin reallığı da nəzərə alaq. Çünki indiki zamanda az deyil min oyundan çıxıb sonra da özlərini bakirə qız kimi qələmə verib ailə həyatı quranlar. Elələri də sonra gedib hansısa namuslu bir ailənin namusuna ləkə gətirirlər. Budurmu "namuslu"nun təmizliyi, bəs bu qədər insanı aldatmaqla onun vicdanı, insanlığı hara gedir? Əlbəttə ki ailənin dağılmasına. Amma səbəb hər zaman bu olmaya da bilər.
Düzdü istər qadın, istərsə də kişinin qurduğu ailə həyatında münasibət uyğunsuzluğu yarana bilər və çıxış yolu olaraq isə onlar ayrılmağı seçərlər. Əlbəttə ki o ayrılmış qadının da və eləcə də kişinində xoşbəxt olmaq hüquqları var. Amma bizim yaşadığımız mühitdə isə qadın boşandısa, artıq onun yüzdə 60-70 faiz adı heç də yaxşılığa doğru hallanmayacaq. Və yaxud da artıq o heç vaxt evlənməmiş subay oglanla ailə həyatı qura bilməyəcək. Səbəb isə sırf onun bakirə olmamağıdır. Düzdü günü gündən müasirləşən ölkəmizdə müəyyən insanların da fikirləri müasirləşir. Yəni ki bu məsələyə elə də ciddi önəm vermirlər. Necə ki xarici ölkələrdə. Onlar üçün sırf xasiyyət uyğunluğu və qarşılıqlı hörmətin olmasıdır. 
Bu mövzuya toxunmaqda məqsədim bakirə olmayan qadınlara haqq qazandırmaq deyil, məqsədim oglanlarımızın ailə həyatı qurarkən daha diqqətli olub və fikirləşərək addım atmaqlarını vurğulamaqdır. Düzdü qadın ürəyini əla almaq çox asandır, onların bu kimi problemlərinin səbəbkarlarından biri də elə kişlərdir. Az deyil o oğlanlar ki, qıza səni sevirəm deyib, yalandan vədlər verib və namusunu əlindən alanlar. Amma ailə həyatı qurmaq dövürü gəldikdə isə tamam baqasını seçərlər. Elə bu üzdən qızlarımıza da tövsiyyələrim odur ki, sevin sevilin amma diqqətli olun, fikirləşərək addım atın, elə addım atın ki gələcək həyatınızda bu addıma görə heç vaxt peşman olmayasınız.
Düşünürəm ki müzakirənin məqsədini az da olsa anladınız. Əziz xanımlar sizə bu sualla müraciət etmək istəyirəm:
1. Bakirə olmayan namuslu qıza və yaxud da bakirə olub min oyundan çıxan qıza münasibətiniz?
2. Qızların bu günahsızlığının itməsinə səbəb olan və onlara yalançı vədlər verən, daha sonra isə arxasına belə dönmədən onu yarı yolda qoyan oglanlara münasibətiniz?

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 6 989
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri