Beyin yorğunluğundan şikayət edənlərin sayı artıb

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 344
Səs ver:
(səs: 1)
Xroniki yorğunluq ötən əsrin əvvəllərindən tibb elminə məlum olan xəstəliklərdən biridir. Müasir dövrdə geniş yayılan xroniki yorğunluğun ilk nümunələrinə Avropa və ABŞ-da rast gəlinib.

Qadınla.Com bildirir ki, xroniki yorğunluq sindromu ilk dəfə 1984-cü ildə aşkar olunub. Sindrom daha çox ali təhsilli gənclər arasında yayıldığına görə onu bəzən "cavan karyeristlərin qripi" də adlandırırlar. ABŞ-da aparılan araşdırmalara əsasən ölkə əhalisinin 10 milyon nəfərə qədəri həmin sindromdan əziyyət çəkir.

Psixoterapevt Əli Nağıyevin dediyinə görə, son vaxtlar ölkəmizdə həmin şikayətlərlə müraciət edənlərin sayı artıb:
"Daim yorğunluq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir. Həmin sindrom bir çox problemlərdən qaynaqlanır. Buna depressiv pozuntu, vitamin D və qanda dəmir elementinin çatışmazlığı, qan azlığı da səbəb ola bilər".

Yaradıcı və gərgin iş rejimində çalışanlarxroniki yorğunluq sindromundan daha çoxəziyyət çəkirlər. Onlar daha çox beyin yorğunluğundan şikayətlənirlər ki, bu daxroniki yorğunluğun ilk əlaməti hesab olunur:
"İki həftədən artıq daim beyin yorğunluğundan şikayətlənmək depressiv pozuntudan da şübhələnməyə əsas verir.

Həmin hal xüsusilə təşviş və həyəcan pozuntusu adlanan nevrozlardan əmələ gəlir".Həmin hallarla üzləşənlərin gur informasiya axınından uzaq olmaları məsləhətdir. Bu cür simptomları özlərində müşahidə edənlərə əsəbləri sakitləşdirən musiqi dinləmək, kitab oxumaq və yoqa ilə məşğul olmaq tövsiyə olunur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri