Gümüşü necə təmizləmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 63 457
Səs ver:
(səs: 7)

Gümüşü necə təmizləmək olar?

п»ї

 

Gümüş baxım tələb edir – istər sep, üzük yaxud adi qaşıq olsun. Gümüşü təmizləmək üçün lazım olan vasitələr hər evdə var. Sevimli əşyanız qaralmışsa nə etmək olar? Bu əşyaya ilkin gözəlliyini qaytarmaq üçün sizə adi diş pastası lazım olacaq. Diş pastasını diş fırçasının üzərinə çəkin və qaralmış sancağı sürtün – yeni kimi parıldayacaq!

Hamımıza məlumdur ki, gümüş sepin halqalarının birləşdiyi yerləri təmizləmək çox çətindir. Bunu diş fırçasının qalın xovu ilə eləmək olar. Lakin əvvəlcə məmulatı sodalı suya salın – qaraltının izi belə qalmayacaq.

Daha bir üsul: isti suya soda əlavə edin, yaxşıca qarışdırın və qaynayan mayenin içinə məmulatı salın, sonra isə yumşaq quru parça ilə sürtün.

Kartofu bişirdikdən sonra alınan həlimi atmağa tələsməyin. Içinə bir parça folqa atın və gümüş məmulatınızı təxminən bir saatlıq içinə salın. Sonra su ilə yuyun və quru parça ilə silin.

Gördüyünüz kimi, üsullar çoxdur, lakin ən asan yol odur ki, gümüşlərinizi naşatır spirtində isladılmış pambıq ilə siləsiniz. Məmulat öz ilkin parlaqlığına gözlərinizin önündə qovuşacaq. Yeri gəlmişkən sadaladığımız bütün vasitələr evinizdə mövcuddur
Redakte etdi: PRETTY GİRL
(səs: 7)
Şərhlər: 1
Baxılıb: 63 457
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri