Google şirkətinin işə qəbul zamanı namizədlərə verdiyi suallar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 739
Səs ver:
(səs: 0)
Google kimi nəhəng şirkətin bir parçası olmaq milyonlarla insanın arzusudur. Ancaq burada işləmək üçün 5 ali təhsil, böyük təcrübə kifayət deyil. Qeyri-standart düşüncə tərziniz, məntiqiniz və 6-cı hissiniz güclü olmalıdır.

Bildirchin.az Google şirkətində iş görüşünə getdiyiniz zaman rast gələ biləcəyiniz 10 sualı təqdim edir. Görək izləyicilərimiz arasında real namizədlər varmı?

Saatın saat və dəqiqə əqrəbləri 1 gün ərzində neçə dəfə kəsişir?
Tennis topunun səthi niyə ipək deyil?
Bir ölkədə insanlar ancaq oğlan övladlarının olmasını istəyir. Hər bir ailə oğul övladına sahib olana qədər dünyaya övlad gətirir. Əgər ailədə qız övladı doğularsa, valideynlər yenidən uşaq sahibi olmağa çalışır. Belə bir ölkədə oğlanların və qızların nisbəti nə qədər olacaq?
Gecə saatlarında 4 nəfər evinə getmək üçün asılma körpüdən keçməlidir. Ancaq onların cəmi 1 fonarı var. Həmin fonarın enerjisi isə 17 dəqiqə sonra bitəcəkdir. Körpü qaranlıqda fonarsız hərəkət etmək üçün həddindən artıq təhlükəlidir və onu ancaq 2 nəfər birlikdə keçə bilər. İnsanların bu körpüdə hərəkət etmə sürəti isə müxtəlifdir: ən sürətli insan 1 dəqiqəyə, ikinici – 2 dəqiqəyə, üçüncü – 5 dəqiqəyə, sonuncu isə 10 dəqiqəyə köpüdən keçə bilər. 4 nəfər 17 dəqiqəyə köpüdən necə keçə bilər?
Məktəb avtobusunun içinə neçə qolf topu yerləşər?
Sizdə 2 yumurta və 100 mərtəbəli binaya giriş imkanı var. Bu yumurtalar çox möhkəm və ya çox zərif ola bilər. Bu isə o deməkdir ki, onlar 1-ci mərtəbən belə düşdükləri halda sına və ya 100-cü mərtəbədən düşdükləri halda belə, sınmaya bilər. Hər iki yumurta tamamilə eynidir. Öyrənməli olduğunuz şey budur: yumurtaların düşdüyü halda qırılmayacağı ən yuxarı mərtəbə hansıdır? Sual isə bundan ibarətdir: yalnız iki yumurtanı qırmaq imkanınız var ikən, bunu neçə cəhddən müəyyən edə bilərsiniz?
Siz quldur gəmisinin kapitanısınız. Və siz quldurlarınızla birlikdə oğurladınız sərvəti bölməlisiniz. Əgər quldurların yarısından azı sizinlə razışlmasa, siz öləcəksiniz. Qızılların həm böyük hissəsinin sizə qalmasını, həm də sizin sağ qalmağınızı təmin etmək üçün bölgünü hansı formada edə bilərsiniz?
Yarım saat ərzində şossedən keçən maşını görmək ehtimalınız 0,95 %-dirsə, 10 dəqiqə ərzində maşını görmək ehtimalınız nə qədərdir?
Dünyada fortepiano kökləməyi bacaran neçə nəfər var?
Kanalizasiya keçidlərinin qapağı niye dairə formasındadır?
Cavablar:

22 dəfə
Topun gec köhnəlməsini təmin etmək və onun sürtünmə nisbətini artırmaq üçün
50/50
17 dəqiqə
884 520 şar
14 cəhd
Bütün komandanın 51 %-ın arasında tam yarıya bölməklə
0,63 %
Hər 40 fortepianoya 1 nəfər
Dairə formasında qapaq içəri düşə bilməz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri