Doğru yoldan dönməyən insanların xüsusiyyətləri

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 1 026
Səs ver:
(səs: 0)
1. Ağıllarındakını söyləməkdən çəkinməzlər
Əslində bu xüsusiyyətə sahib insanları verilən hər suala anında cavab verməmələrindən tanıya bilərsiniz. Çünki bu müddət iki mərhələli olaraq işləyir. İlk olaraq onlara bildirilən rəyə, sual ya da iddia haqqında düşünürlər və ardından öz cavablarını zehinlərində aydınlaşdırdıqdan sonra cavab verirlər. Bunu edərkən, doğru hesab etdikləri şeyi açıq şəkildə ifadə edirlər. Dürüstlükləri çox vaxt başlarına dərt açsa da, düzgün insanlar tərəfindən daima tərif edilir və bu cəsarətlərinin mükafatını alırlar.

2. Uşaqlıqlarından təsirlənərək nəyin doğru olduğunu unutmazlar
Məşhur yazıçı Bernard Şounun dediyi kimi "Saat istifadə etməyi bilməyən birini saatınızı oğurlamadığı üçün dürüst elan etməkdə absurddur". Bu nümunədən yola çıxaraq eyni şeyi cəmiyyət mədəniyyəti üzərindən də dəyərləndirə bilərik. Əgər bir cəmiyyətdə hissiyyat yerindədirsə, hamı onsuzda yaxşılıq etmək üçün iləriləyər. Ancaq hissiyatları zəif cəmiyyətdə doğru olanı demək cəsarət istəyir. Hər kəsin saxta həqiqətləri ilahiləşdirərək inandığı bir cəmiyyətdə bunun doğru olmadığını söyləyən insan mütləq izolasiya olunacaqdır.

3. Öz yollarını özləri çəkirlər
Bu insanlar üçün həyat çoxluqla kəşflər edən məcəra kimidir. Qarşılaşdıqları çətinliklər onlar üçün ən az qarşılaşdıqları yaxşı şeylər qədər önəmlidir. Çətinliklərdən dərs çıxardaraq onları həll etməyin özlərinə qatacağı pozitiv dəyərlərin fərqindədirlər. Müvəffəqiyyətli insanların həyat hekayələrini araşdırdıqlarında özlərinə verilən tövsiyələrin bir çoxuna rəğmən ağıllarına qoyduqlarına, yorulmadan ilərlədiklərini görəcəksiniz.

4. Fərqli şeylər yoxlamaqdan çəkinməz
"Davamlı eyni şeyləri təkrarlayaraq fərqli nəticələr gözləmək axmaqlıqdır." Bu qrupdakı insanlar bu səbəblə həyatlarında bir çıxmaz ya da sıxıntı hiss etdiklərində fərqli bir istiqamətin özlərinə qata biləcəyi perispektivin fərqindədirlər. Bu yeniliklərin büdcə lazım olan şeylər olması vacib deyil. Ən adisindən, hər gün getdiyiniz yolu dəyişdirmək ilə bir yenilikdir və beyninizi fərqli bir istifamətdə işləməyə bəcbur edəcək addımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri