Səddam Hüseyn sevdiyi qadının ailəsindən bu cür qisas aldı – Üzə çıxan sirlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 577
Səs ver:
(səs: 0)
Uzun müddət İraqı idarə edən, sonra həbs olunaraq edama məhkum olunan Səddam Hüseynin həyatı bu gün də bir çoxları üçün maraqlıdır. İnsanlar hələ də Səddam haqqında çox faktların üzə çıxmadığını bildirirlər.Lakin Səddamın edamından sonra onunla ünsiyyətdə olan, uzun illər onu müşahidə edən yaxınlarından bir neçəsinin, o cümlədən, Səddamı yaxından tanımasa da belə, onun fəaliyyətini izləyən şəxslərin memuar və araşdırmalar kitabları çıxdı. Orada Səddam haqqında həqiqətən də maraqlı məsələlərdən danışılıb.

Qadinla.com xəbər verir ki, onlardan biri də əslən, Avropa dövlətlərindən birinə aid olan bir xanımın yazdığı xatirələr kitabıdır. (Mənbə həmin xanımın adını özü açıqlamır):

“1956-cı ildə Bağdada getdik. Həmin vaxtı gənc olsam da, o illəri yaxşı xatırlayıram. Orada uşaqlıq və gəncliyimi keçirdim. Bütün gənc qızların xoşbəxt və yeni bir həyat arzuladığı bir yaşda onunla tanış oldum.

Bir gün qonşumuz Cina zəng etdi və dedi: "Bu gün qonaqlarım var, sən də gəl”.

Yeni biriylə tanış olacağımı hiss etmişdim. Ancaq and içirəm ki, o zaman qonağın kim olduğunu bilmirdim. Onu gördüyüm ilk anı heç vaxt unuta bilmirəm, hər dəfə gözlərimi qapadanda, o anı yenidən yaşayıram. Çox yaraşıqlı idi. Məni qaçırmaq üçün gələn ağ atlı şəhzadə kimiydi. Yalnız bir neçə saniyə baxışdıq, amma bütün həyatım boyu həmin anı unutmadım. Amma onun diqqətini çəkməyi bacarmışdım. Səddamın da mənə olan münasibətini öyrənmək üçün çox vaxt lazım olmadı.

Firyal adlı dostum vardı. Bir gün bizə gəldi və onun maşını ilə şəhərdən kənara çıxdıq. Böyük bir evə getdik. Qapı açılanda qanım dondu, sevincdən ürəyim titrədi. Səddamı yenidən orada gördüm. Ona “yox” deyə bilmədim . O gündən etibarən mən köhnə Parsivlə deyildim.
Səddam o zaman Bass Partiyasının başçısı olmağa hazırlaşırdı.Mən də ən varlı ailələrindən birinin oğlu ilə evləndim. Bu nigahdan bir uşağım var və həyatımdan məmnunuydum. Həyat yoldaşıma hörmət edirdim, amma Səddam heç cür ağlımdan çıxmırdı. Onun kölgəsindən uzaqlaşa bilmirdim”.

Səddam da deyəsən sonradan həmin xanımı unuda bilmir. Hakimiyyətə gəldikdə isə onun ailəsinə qarşı atdığı addımla bir mesaj göndərir:

“Milad axşamı evimizdə yeni ili gözləyirdik. TV-də xəbərləri seyr edərkən spikerin uzun bir siyahı oxuduğunu eşitdik. Hökumətin mal-mülkünü müsadirə etdiyi imkanlı şəxslərin adlarının siyahısı idi .Orada həyat yoldaşım da adı vardı. O, birdən ayağa qalxdı və Milad ağacını həyətə atdı. "Biz hər şeyi itirdik" dedi. O anda nə baş verdiyini anlamadım, amma bir neçə il sonra Saddamdan mənə kiçik bir mesaj olduğunu başa düşdüm.

Bu, Səddamdan yediyim ilk zərbə idi. Məni unutduğunu düşünürdüm, amma o demişdi: "Hara gedirsən get,gözüm həmişə üstündə olacaq. Hara getdiyini və nə etdiyini bilirəm "dedi.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri