Palto alarkən nələrə diqqət yetirməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 305
Səs ver:
(səs: 1)

Palto alarkən nələrə diqqət yetirməli?

  Məlum olduğu kimi, son zamanlar havalar daha çox soyumağa başlayıb. Hər kəs qalın geyinməyə başlasa da, qış geyimləri üçün alış-verişə yaxın zamanda başlanacaq. Dünyanın tanınmış dəb ustaları da bunu düşünərək xanımlara qış geyimlərini seçmək üçün məsləhətlər veriblər. Belə ki, mütəxəssislərin veridiyi məlumatlarla tanış olaq. Üst geyimlərini seçərkən diqqətli olmaq lazımdır. Sizə lazım olan paltonu seçərkən onun görünüşündən əlavə diqqət yetirməyiniz lazım olan məqamlar var. İlk olaraq geyimin isti saxlaması, daha sonra su keçirtməməsi və ən əsası isə davamlı olmasıdır. Havanın temperaturuna görə paltolar seçmək bir az çətin məsələdir. Çünki, xüsusilə də payız mövsümündə havanın temperaturu günün müxtəlif saatlarında belə dəyişə biir. Belə ki, kapüşonlu modellər sizi havanın qəflət dəyişkənliyindən qoruyar, sizin sağlamlığınız üçün sərfəlidir. Palto seçərkən onun funksionallığını da nəzərə alın. Xüsusilə də, hər hansı bir yerə gedərkən onun ciblərinin olması sizə yardımçı olar. “No Trail Softshell” adlı palto modeli hazırlanıb ki, bunu geyinib hərəkət edərkən, o cümlədən qaçarkən MP3 yaxud da telefonunuz çox etibarlı şəkildə qoruna bilər. Hətta palto seçərkən onun rahat təmizlənə bilməsinə də diqqət yetirin.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri